Icma.az
close
up
RU
Partiya sədri PA da qəbul edilib

Partiya sədri PA da qəbul edilib

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilib.
Bu barədə Demokrat.az-a partiyanın Mətbuat xidməti tərəfindən məlumat verilib.
Cari ilin 26 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə digər məsələlər ilə yanaşı, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri haqqında danışılmış və bildirilmişdir ki, bilavasitə ölkənin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən sözügedən tədbirin qlobal informasiya məkanında təbliğində siyasi partiyalar tərəfindən aktiv mövqeyin nümayişi təqdirəlayiq haldır.
Görüş zamanı xüsusi olaraq vurğulanıb ki, partiyaların ölkənin siyasi həyatında aktiv iştirak etməsi bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin təzahürüdür. Bu mənada demokratik ənənələrin inkişafında ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqunun rolu əvəzolunmazdır.
Formalaşan yeni siyasi konfiqurasiya çərçivəsində siyasi partiyaların inkişafına ölkə rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqətin əhəmiyyətini vurğulayan partiya sədri bildirib ki, mövcud istiqamətdə atılan təşəbbüslər sayəsində partiyaların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir.
A.Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyası tərəfindən həyata keçirilən cari layihələr və Partiyanın gələcək planları haqqında geniş məlumat verib. Görüş əsnasında həmçinin Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülmüş misilsiz layihələr barəsində söhbət aparılıb.
Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu vurğulayan A.Bakuvi dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.
Sonda Prezident Administrasiyasının rəsmisi Vəhdət Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri