PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM... Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Icma.az, Mia.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib.
Bu barədə partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı məlumat verib.
Qeyd edək ki, sədr seçkisi ilkin mərhələdə müəyyən mübahisələr və qalmaqallarla müşayiət olunsa da, proses sonda Günay Ağamalının qələbəsi ilə yekunlaşıb.
Bəzi iddialara görə, Fəzail Ağamalı partiya rəhbərliyini qızına “cehiz” kimi verib.
Mia.az xəbər verir ki, bununla bağlı Demokrat.az partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb.
O bildirib ki, Ana Vətən Partiyasında 130 nəfər Günay Ağamalıya səs verərək onu sədr seçib: “Kim deyirsə ki, qızıma partiyanı cehiz vermişəm, bu, doğru deyil. Bu fikirlər 130 nəfərin verdiyi səsi heçə saymaq, həmin insanlara hörmətsizlik etmək deməkdir. Bu, onların mövqeyini alçaltmaqdır. Bu məsələ məni çox əsəbləşdirir. Bu siyasət deyil, dedi-qodudur. Bu iddiaları ortaya atanlar bunu boş-bekarlıqdan edirlər”.
Baxış sayı:47
Bu xəbər 04 Fevral 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















