Partlayış kinostudiyanın fəaliyyətinə təsir göstərməyib Azərbaycanfilm
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayışda bina zərər görməyib, xəsarət alan yoxdur. Baş verən hadisə ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.
"Unikal" xəbər verir ki, bu barədə kinostudiyadan məlumat verilib.
Bildirilib ki, kinostudiyanın arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Qeyd olunub ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 İyun 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















