Partlayış olan kəndin sakini: Gecə təxliyyə olunduq, ziyan çəkmədik
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu AZƏRTAC-a Goranboy rayonunun Nizami kəndi yaxınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin Namizəd Əsgərov bildirib.
"Yanğınla bərabər partlayış da getdikcə güclənirdi. Gördük ki, icra hakimiyyətinin nümayəndələri, polis və aidiyyəti qurumların əməkdaşları kənddədirlər. Bildirildi ki, təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunacaq. Biz də gecə kənddən çıxdıq. Allaha şükür ki, hər şey yaxşıdır, heç bir ziyan çəkmədik", - deyə o əlavə edib.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 02 Sentyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















