Icma.az
close
up
RU
“PAŞA Bank” sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyasına start verdi

“PAŞA Bank” sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyasına start verdi

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçün həyata keçirdiyi təşəbbüsləri davam etdirir.

Bank 30 yanvar – 21 fevral 2025-ci il tarixləri arasında davam edəcək yeni kampaniya çərçivəsində KOS müştərilərinə bizneslərini böyütmək və maliyyə xərclərini azaltmaq üçün onlayn biznes kreditini 1% endirimlə əldə etmək imkanı təqdim edir. Bu fürsətdən istifadə edəcək sahibkarlar 250 000 AZN-dək girovsuz onlayn biznes kreditini 12%-dən deyil, yalnız 11%-dən başlayan şərtlərlə əldə edə bilərlər.

Bundan əlavə, onlayn biznes kreditindən faydalanan müştərilər “Tarifim” məhsulu üzrə 1 000 000 AZN-dək ölkədaxili ödənişləri və 250 000 AZN-dək valyuta mübadiləsi əməliyyatlarını 12 ay müddətinə tamamilə komissiyasız icra edə bilərlər.

Keçirilən kampaniya haqqında ətraflı məlumat almaq və bu fürsətdən yararlanmaq üçün linkə keçid edə bilərsiniz.

Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən yaxşı KOS bankı” mükafatına layiq görülüb. Ölkənin aparıcı korporativ maliyyə qurumu kimi  "PAŞA Bank" müştərilərinə maliyyələşməyə çıxışı genişləndirməyə,  innovativ bank xidmətləri və əlavə dəyər xidmətləri təqdim etməyə davam edəcək.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 Yanvar 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri