Icma.az
close
up
RU
“PAŞA Bank”ın INMerge İnnovasiya Forumundakı interaktiv stendi böyük maraq topladı

“PAŞA Bank”ın INMerge İnnovasiya Forumundakı interaktiv stendi böyük maraq topladı

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

INMerge İnnovasiya Forumunun ən çox ziyarət olunan məkanlarından biri “PAŞA Bank”ın interaktiv stendi olub. Müştəri mərkəzli yanaşmanı ön plana çıxaran Bank, ziyarətçilərə innovativ təcrübə bəxş edən xüsusi formatı ilə fərqlənib. 

Forum iştirakçıları üçün təqdim edilən “CX Hero Challenge” oyunu tədbirin əsas maraq mərkəzlərindən birinə çevrilib. Oyun qonaqlara müxtəlif biznes personajlarının gündəlik bankçılıq çətinliklərini hiss etmək və onlara ən optimal həll yollarını seçmək imkanı yaradıb. Beləliklə, iştirakçılar sadəcə tamaşaçı yox, Bankın müştəri yolunun bir parçasına çevriliblər. 

Əyləncəli xal toplama mexanizmi sayəsində oyun həm rəqabətli, həm də praktiki olub – düzgün cavablar iştirakçıların xalını artırıb, ən yüksək nəticə göstərənlər isə faydalı hədiyyələrlə mükafatlandırılıb. Ziyarətçilər həm rəqəmsal həllərin üstünlüklərini tanıyıb, həm də müştəri yönümlü düşüncəni əyləncəli formada təcrübədən keçiriblər. 

Cəmi iki gün ərzində 400-dən çox qonaq bu oyunda iştirak edib. Onlar “PAŞA Bank”ın məhsul və xidmətləri ilə tanış olmaqla yanaşı, təqdimatın innovativ formatını və hədiyyələrin dəyərini xüsusi vurğulayıblar. 

“PAŞA Bank” INMerge Forumuna platin sponsor kimi dəstək göstərib və tədbir çərçivəsində “Məsuliyyətli bankçılıq” mövzusuna həsr olunmuş vertikala ev sahibliyi edib. Sessiyada dayanıqlılıq, etik bankçılıq və müştəri mərkəzliliyinin maliyyə sektorunda rolu müzakirə olunub. 

“PAŞA Bank” son illərdə rəqəmsal bankçılıq və biznes xidmətlərində nailiyyətlər əldə edərək xüsusilə kiçik və orta sahibkarlığı dəstəkləyir və müştəri məmnuniyyətini strateji prioritet kimi müəyyən edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see523

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see231

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see163

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see154

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see141

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see138

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see137

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see134

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see133

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri