Icma.az
close
up
RU
PAŞA Holding 2025 ci ildə start verdiyi Fərqindəlik layihəsini uğurla davam etdirir

PAŞA Holding 2025 ci ildə start verdiyi Fərqindəlik layihəsini uğurla davam etdirir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"PAŞA Holding"in korporativ sosial məsuliyyət (KSM) çərçivəsində həyata keçirdiyi "Fərqindəlik" layihəsi ölkə üzrə səhiyyə savadlılığının artırılmasına və erkən diaqnostika imkanlarının genişləndirilməsinə mühüm töhfə verməkdə davam edir. 2025-ci ilin əvvəlində start götürən layihənin bu günə qədər iki mərhələsi uğurla icra olunub.

Cari ilin mart-aprel aylarında baş tutan layihənin ilk mərhələsində "Erkən müayinə can qurtarır!" devizi altında ölkənin səkkiz rayonunda səyyar tibbi aksiyalar təşkil edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "All Medical" şirkəti, yerli klinikalar və icra strukturlarının əməkdaşlığı ilə həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə 2 910 nəfər müayinədən keçib.

Müayinələr nəticəsində:

• 990 nəfərdə şəkərli diabet və hormonal pozuntular,

• 330 nəfərdə qalxanvari vəz patologiyaları,

• 810 nəfərdə isə daha əvvəl qeydiyyata alınmamış diabet faktı aşkar edilib.

Risk qrupuna daxil olan 450 nəfər İcbari Tibbi Sığorta sisteminə yönləndirilib. Bundan əlavə, 890 şəxsə şəkərölçmə cihazı təqdim olunub.

Avqust ayında başlayan layihənin ikinci mərhələsi sentyabrda da davam edəcək. Bu mərhələdə səyyar tibbi müayinələr Kürdəmir və İmişlidə həyata keçirilib, yaxın günlərdə isə onların Salyan və Lənkəranda təşkil olunması planlaşdırılır.

"Fərqindəlik" layihəsi region əhalisinin ilkin tibbi yardıma əlçatanlığını artırmaqla yanaşı, vətəndaşların sağlamlıq vərdişlərini gücləndirməyə və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri