“PAŞA Sığorta” üç KASKO hadisəsinə görə 150.000 manata yaxın zərəri ödəyib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
PAŞA Sığorta müştərilərinin qarşılaşdığı gözlənilməz hadisələr nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasını davam etdirir. Sentyabr ayı ərzində KASKO sığortası üzrə bir neçə yüksək məbləğli ödəniş həyata keçirilib.
Hadisələrdən birində güclü yağış nəticəsində yaranmış su gölməçəsindən keçərkən avtomobilin mühərrik hissəsi zədələnib. Həmin avtomobilin təmirinə 61.213 ₼ (sığorta məbləği) ödənilib.
Digər yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobil tam yararsız vəziyyətə düşmüş və tam itki qeydə alınıb. Bu hadisə üzrə müştəriyə 54.900 ₼ (sığorta məbləği) ödəniş edilib.
Üçüncü hadisədə isə yol-nəqliyyat qəzası nəticəsində avtomobilə zərər dəyib. Nəqliyyat vasitəsi təmir olunduqdan sonra sahibinə təhvil verilib və təmir xərcləri üçün 32.474 ₼ (sığorta məbləği) ödənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 15 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















