Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Paşinyan 2044 cü ili gözləməyəcək ŞƏRH

Paşinyan 2044 cü ili gözləməyəcək ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

102-ci hərbi baza sadəcə zaman məsələsidir


Ermənistan artıq Rusiyaya etimad göstərmir, bazanın çıxarılması gündəmdədir 


Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Rusiya hərbçilərinin ölkəni tərk edib-etməyəcəyi ilə bağlı ölkədə aparılan müzakirələrdən danışıb. Nazirlik rəsmisi "rus əsgərləri İranla sərhəddə patrul həyata keçirir. Sülh müqaviləsi bu əsgərlərin gedəcəyi anlamına gəlirmi?" sualına belə cavab verib: "Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də bu, bizim parafladığımız sülh sazişinə aid deyil".

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin son günlərdə müzakirə edilən 102-ci hərbi baza məsələsinə aydınlıq gətirmişdi. Səfir bildirmişdi ki, Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində deyil. Onun sözlərinə görə, Rusiyanın hərbi iştirakı Ermənistanın təhlükəsizlik sisteminin ən mühüm dayağı və regional sabitliyin mühüm amili olaraq qalır: "Hərbçilərimiz regionda heç kimə heç bir təhlükə yaratmır". Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən çıxmasını şərtləndirib. Baş nazirin sözlərinə görə, KTMT-nin təhlükəsizlik sistemi köpükdür. 


Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Sherg.az-a açıqlamasında deyib ki, 102-ci hərbi baza və "rus sərhədçilərinin orada qalıb-qalmayacağı" məsələsi Ermənistandan daha çox Rusiya mediasında müzakirə olunur. Ekspert vurğulayıb ki, erməni tərəfindən bu mövzu əsasən sosial şəbəkələr üzərində müzakirə predmetidir: 


"Ani Badalyanın açıqlaması ümumi xarakterlidir. Yəni Ermənistan rəsmisi deyir ki, avqustun 8-də imzalanmış sənədlərdə "rus əsgərləri" ilə bağlı hansısa müddəa yoxdur. Amma unutmayaq ki, ötən günlərdə Ermənistan Baş naziri Nikol Paşinyan maraqlı fikir səsləndirdi. Bəyan etdi ki, Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmur. Böyük ehtimalla, Azərbaycan-Ermənistan arasında sülh razılaşması imzalanandan sonra avtomatik olaraq 102-ci hərbi bazanın və rus əsgərlərinin çıxarılması gündəmə gətiriləcək. Regionda baş verən proseslər də onu deməyə əsas verir ki, yaxın illərdə bu mövzu aktuallaşacaq. Yadınızdadırsa, 2024-cü ilin avqust ayında Rusiya hərbçiləri Zvartnots hava limanından çıxarılarkən də fərqli informasiyalar yayılırdı. Ancaq İrəvan hökuməti bu məsələdə israrını davam etdirdi və nəticə oldu. Hazırda Türkiyə ilə 345 km.lik məsafədə Rusiya sərhədçilərinin zaman-zaman ixtisara salınacağı, ermənilərlə əvəzlənəcəyi deyilir. 102-ci hərbi baza da sadəcə zaman məsələsidir".


Polkovnikin sözlərinə görə, belə mühüm məsələlər səfir səviyyəsində müzakirə, yaxud həll olunmur: 

"Siyasətdə adətən olacaqları təkzib edirlər, ancaq bir müddət sonra bəhs edilən məsələ reallaşır. Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı Ermənistan XİN-dən təkzib açıqlaması gəlmişdi. Ümumiyyətlə, belə bir məsələnin müzakirə olunmadığını iddia edirdilər. Sonrası məlumdur. İndi də 102-ci hərbi baza məsələsinin Rusiyanı qıcıqlandıracaq tərzdə, açıq müstəvidə müzakirəsi məqsədəuyğun sayılmır. Ötənlərdə Paşinyan Moskvada idi və Rusiya rəhbəri V.Putinlə görüşdü. Regionda və dünyada xeyli ciddi hadisələr baş verməkdədir. Azərbaycan və Ermənistan yekun sülh sazişinə imza atmağın astanasındadır və yəqin ki, gələn il sülh imzalanacaq. Bütün bunların fonunda 120-ci hərbi bazanın Ermənistanda qalmasına nə ehtiyac var? Rusiyanın hərbi bazası Ermənistana o məqsədlə yerləşdirilmişdi ki, o zaman Ermənistan-Türkiyə münasibətlərində gərginlik var idi, Qarabağda müharibə gedirdi. İndi vəziyyət dəyişib və Baş nazir N.Paşinyan da hər fürsətdə erməni cəmiyyətinə bunu izah etməyə çalışır. Ermənistan daxilində bəzi qüvvələr 102-ci hərbi bazanın ölkəyə problemlər yaratdığını deyirlər. Düzdür, hərbi bazanın 2044-cü ilədək orada qalması ilə bağlı müqavilə var. Amma hər şey rəsmi sənədlərdəki kimi həllini tapmır və bunun örnəkləri var. Təkcə Paşinyan hökuməti yox, Ermənistan ictimaiyyəti də Rusiyaya, KTMT kimi təşkilatlara etimadını itirib. Rusiya da narahatdır ki, Paşinyan hökuməti 2044-cü ili gözləmədən hərbi bazanın ölkənin tərk etməsini tələb edə bilər. İrəvan hökuməti daha praqmatik, uzaqgörən siyasət həyata keçirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri