Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ermənistanda 19 siyasi qüvvənin (17 partiya və 2 partiya bloku) iştirak etdiyi seçki prosesində əsas mübarizənin hakim Mülki Müqavilə partiyası və iki blok – Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” və Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” arasında getdiyi müşahidə olunur. Dördüncü qüvvə kimi isə seçkiyə “Ermənistan təklifi” platforması ilə qatılan Qagik Çarukyanın lideri olduğu Çiçəklənən Ermənistan Partiyası görünür. Digər qüvvələr “köməkçi”, yaxud “parçalayıcı” rolunda çıxış edir.

Parlamentdə düşmək üçün lazım olan baryer dəyişkəndir: siyasi partiyalar 4 faiz, iki yaxud üç partiyalı bloklar 8 faiz, dörd və daha çox partiyalı ittifaqlar isə 10 faiz həddinə çatmalıdır.

Seçkinin hədəfi hakimiyyətə sahiblənmək olsa da, mövcud reallıqda siyasi qüvvələrin planları fərqlidir:

- Mülki Müqavilə Partiyasının şansları yüksək qiymətləndirilir, lakin Paşinyanın komandasının hədəfi təkcə seçkini qazanmaq yox, hökuməti təkbaşına formalaşdırmaq üçün lazım olan ən azı 50+1 çoxluğu əldə etməkdir;

- Müxalifətin hədəfi hakimiyyəti götürə bilməsə də, baryeri aşaraq, parlamentdə daha çox mandatla təmsil olunmaq və iqtidara hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək kimi görünür.

Ermənistandakı seçkilərə açıq müdaxilə edən Rusiyanın da bu ssenariyə yatırım etdiyi istisna deyil. Paşinyanın hökuməti təkbaşına formalaşdıra bilməməsi və müxalifətin əvvəlki parlamentlə müqayisədə daha çox təmsilçilik əldə etməsi Moskvaya İrəvan üzərində güclü siyasi təzyiq imkanı və Ermənistandakı mövqelərini qorumaq perspektivləri yarada bilər.

Bu kontekstdə əsas sual ön plana çıxır: hakimiyyətə qarşı eyni cəbhədən çıxış edən müxalifət seçkiyə niyə parçalanmış formada gedir?

1. Müxalifət daxilindəki parçalanma ideoloji fərqlilikdən yox, ambisiyalar mübarizəsindən qaynaqlanır: Köçəryanın müxalifəti öz çətiri altına toplamaq və Rusiyanın ümumi dəstəyini əldə etmək cəhdləri seçki mübarizəsi başlanmadan müxalif qüvvələr arasındakı ziddiyyətləri dərinləşdirdi;

2. Müxalifətdəki qüvvələrin Köçəryanın timsalında keçmiş hakimiyyətlə eyni cəbhədən çıxış etməsi hakimiyyətin total hücumuna məruz qalması və yenilik istəyən seçici səslərinin itirilməsi riskini yaradır;

Yeni siyasi qüvvə kimi ortaya çıxan Samvel Karapetyanın timsalında bunu daha aydın görmək mümkündür. Köçəryan əvvəldən Karapetyanla ittifaqa girməyə çalışsa da, ikinci bundan imtina etdi. Seçki kampaniyası göstərdi ki, o, hakimiyyətin “Köçəryan və Karapetyan eynidir” təbliğatını zəiflətmək baxımından doğru gediş edib. Halbuki Karapetyanın Köçəryanla eyniliyi təkcə siyasi yanaşmaları və Rusiyaya bağlılığı deyil, eyni zamanda, keçmiş əlaqələridir. Bu əlaqə Samvel Karapetyanın qardaşı, Ermənistanın keçmiş baş naziri (2016-2018) Karen Karapetyanın üzərində qurulub. Karenin 2016-cı ildə - Serj Sərkisyanın hakimiyyəti dövründə baş nazir olmasında Köçəryanın da dəstəyi rol oynamışdı. Sərkisyan bu təyinata Aprel müharibəsindən sonra Rusiya ilə əlaqələri düzəltmək, həmçinin Samvel Karapetyanın investisiyasını cəlb etmək (“Ermənistan Elektrik Şəbəkəsi” həmin ərəfədə “Taşir”ə verildi) məqsədilə qarşı çıxmadı, lakin bunun “hakimiyyət dəyişikliyi” planı olduğunu da bilirdi. Sərkisyan hakimiyyətini uzatmaq üçün 2015-ci ildə konstitusiya dəyişikliyi ilə “prezident üsul-idarəsini parlament idarəçiliyinə” dəyişdi və 2018-ci ildə baş nazir olaraq “taxtını” qoruyacaqdı. Karen Karapetyanın baş nazir olması da yeni idarəçilik modelində Sərkisyanın dəyişdirilməsi planının tərkib hissəsi olub. Rusiyanın da dəstək verdiyi bu planın icrasında Köçəryan xüsusi rol oynayırdı. Sərkisyanın 2018-ci ildə Rusiyanın istəyinin əksinə olaraq, Paşinyanın qarşısından geri çəkilməsinə təsir edən amillər arasında bu da var idi. Yaxın keçmişin siyasi prosesləri, eləcə də Karenin bu seçkidə qardaşı Samvelə yox, Robertə dəstək verməsi də Karapetyan və Köçəryanın arxa fondakı əlaqəsinə diqqət çəkir.

Köçəryanın istəyinə rəğmən, Karapetyanın ittifaq təklifindən imtina etməsi hər ikisinin bağlı olduğu Rusiyanın hakimiyyətin diqqətini birincinin üzərinə yönəldərək, ikincinin yolunu açmaq planı olduğu da istisna edilməməlidir. O da istisna deyil ki, Köçəryan və Karapetyanın komandası seçkidən sonra hakimiyyətə qarşı güclü parlament ittifaqı da yaradacaq.

Seçki prosesində ən müəmmlı məqam isə Paşinyanın Samvel Karapetyanın qarşısını almamasıdır. Həbs edilən Karapetyan ev dustaqlığına buraxıldı və qısa müddətdə “Güclü Ermənistan” partiyası yaradaraq, seçkiyə əsas alternativə çevrildi. Halbuki hakimiyyətin onun qarşısını almaq imkanları vardı. Bu məqam Paşinyanın Robert Köçəryan və Serj Sərkisyanın timsalında klassik müxalifəti siyasət meydanından təmizləmək istəkləri fonunda diqqət çəkir. Lakin bu məqsədlə Paşinyan və Karapetyanın gizli təmasının olduğunu düşünmək konspiroloji yanaşma olardı, siyasi ziddiyyətlər və qarşıdurmalar da belə bir ehtimalı zəiflədir. Mümkündür ki, Paşinyan hakimiyyəti xarici təzyiqlər qarşısında Karapetyanın (onun təkcə Rusiyada yox, Qərbdə də geniş biznes əlaqələri var) önünü kəsməyib və bu vəziyyəti klassik müxalifətin təmizlənməsi planında fürsət olaraq görür.

Ermənistandakı seçki prosesi təkcə geosiyasi mübarizə yox, həm də daxili qüvvələrin mürəkkəb münasibətlər sistemi baxımından da maraqlıdır. Böyük ehtimalla Paşinyan yenidən qalib olacaq, lakin həm daxili münasibətlər, həm də geosiyasi maraqlar fonunda seçkidən sonra siyasi qarşıdurmaların kəskinləşəcəyi qaçılmaz görünür.

Asif Nərimanlı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 İyun 2026 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri