Paşinyan Simonyana yüksək vəzifə verir təyinat olacaq
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra hər hansı vəzifə tutmayan eks-spiker Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “MakaryanNews” onlayn resursu məlumat yayıb.
Bundan əvvəl “Hraparak” qəzeti Paşinyanın təxminən 8 ildir Təhlükəsizlik Şurasının hazırkı katibi vəzifəsini Armen Qriqoryanı yenidən bu posta təyin etməyə meylli olmadığını yazıb.
“Paşinyan Alen Simonyan üçün onun əvvəlki statusuna uyğun vəzifə tapıb və yaxın günlərdə onu kifayət qədər nüfuzlu posta təyin edəcək. O, yenidən mühafizə, müşayiət avtomobilləri və geniş səlahiyyətlərlə təmin olunacaq. Əldə etdiyimiz məlumatlara görə, Paşinyan yaxın günlərdə Simonyanı Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin etmək niyyətindədir. O, bu postda Armen Qriqoryanı əvəzləyəcək”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hakimiyyətə yaxın dairələrdə Təhlükəsizlik Şurasının katibi vəzifəsini üçüncü dəfə ailə qurmağa hazırlaşan keçmiş parlament sədrinə Paşinyanın toy hədiyyəsi olacağı ilə bağlı zarafat edirlər.
Alen Simonyanın nişanlısı ilə növbəti toy mərasimi sentyabrın 5-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Avqust 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















