Icma.az
close
up
RU
Paşinyan anlamalıdır ki, indi sülh oyunbazlığı ilə məşğul olmaq vaxtı deyil

Paşinyan anlamalıdır ki, indi sülh oyunbazlığı ilə məşğul olmaq vaxtı deyil

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan Prezidentinin hər çıxışı Ermənistanda böyük rezonans doğurur. Çünki bu çıxışlar birbaşa Ermənistan rəhbərliyinin riyakar siyasətini ifşa edir. Ötən gün ADA Universitetinin təşkil etdiyi sayca yeddinci olan "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvanın saxta sülhpərvərlik səylərini alt-üst etdi. İndi Ermənistan görünmək istədiyi kimi yox, necə varsa elə də görünür. Yəni ki, hər kəs Ermənistanın, əslində, sülh prosesini müxtəlif bəhanələrlə yubadan, Avropadakı havadarlarından pis məsləhətlər almağa davam edən, revanşizmin geniş vüsət almasına meyllənən, öz müttəfiqlərindən ölümcül silahlar almaqla militarizasiyanı davam etdirən, Minsk qrupunun buraxılması üçün Azərbaycanla birgə müraciəti imzalamaqdan yayınan, Araz çayını çirkləndirən toksik, ziyankar bir dövlət olduğunu bir daha gördü. Bu mənada, sülh müqaviləsinin imzalanması istiqamətində proseslərin getdiyi bir məqamda İlham Əliyevin çıxışları Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, eyni zamanda, rəsmi İrəvanın qeyri-konstruktiv addımlarının, yalançı sülhpərvərlik təbliğatlarının ifşası baxımından olduqca önəmlidir.
Foruma qatılan nüfuzlu analitiklər, beyin mərkəzlərinin təmsilçiləri, siyasi müşahidəçilər Ermənistanın sülhü imitasiya etmək taktikasının mahiyyətini üzə çıxarmaq imkanı əldə etdilər. Cənab Prezidentin forumdakı çıxışından sonra Ermənistanın saxta sülhpərvərlik imitasiyasını davam etdirmək üçün heç bir imkanı qalmadı. İndi Ermənistanın yalnız bir yolu qalır - real sülh istiqamətində həlledici addımlar atmaq və qətiyyətli siyasi iradə nümayiş etdirmək yolu. Prezidentin də vurğuladığı kimi indi top Ermənistan tərəfdədir. Azərbaycan sülhə tam hazırdır. Lakin əfsuslar olsun ki, Ermənistanın arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi də, mövcud müxalifəti də real sülhə yox, revanşizmə köklənib. Prezident İlham Əliyev Ermənistandakı revanşist qrupların dəqiq təsnifatını verdi və Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbini göstərdi: "Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər".
Dövlətimizin başçısı Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun buraxılması ideyasından nəyə görə imtina etməsinin real səbəbini də göstərdi. Paşinyan və komandası hələ də beynəlxalq proseslərdə onlara hansısa üstünlüklər qazandıra biləcək dəyişikliklərin baş verəcəyini, daha doğrusu, Ermənistan üçün əlverişli beynəlxalq vəziyətin yaranacağını gözləyirlər. Onların Minsk qrupunu təbərrük kimi qoruyub saxlamaq cəhdləri də yəqin ki, bu ümidlərindən, xəyallarından qaynaqlanır. Lakin Cənab Prezidentin də qeyd etdiyi kimi Donald Trampın seçkilərdə qalib gəlməsi Ermənistanda ciddi məyusluq yaratdı: "Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik".
Yekun sülh sazişinin imzalanması da məhz Ermənistanın ona-buna ümid bəsləməyinin, havadarlarının ziyanlı məsləhətləri ilə hərəkət etməyinin ucbatından yubanır. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi artıq tam bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Cənab Prezidentin vurğuladığı kimi bizim üçün bu məsələ bitib və indi biz postmüharibə vəziyyətinin müsbət məcrada inkişaf etməsini istəyirik. Postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi isə, əsasən, Ermənistandan asılıdır. Lakin görünən budur ki, Ermənistan tərəfi sülh sazişi imzalanana və onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə, eləcə də Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər hər zaman çalışacaq ki, yeni hərbi qarşıdurma təhlükəsini törətsin. Burada daha bir məkrli məqam da budur ki, Ermənistan tərəfi özü silahlanmanı davam etdirdiyi və tez-tez atəşkəsi pozduğu halda, bizə qarşı əks təbliğat aparır, Azərbaycanın guya Ermənistana qarşı yeni təcavüz planlaşdırdığı barədə ictimai rəy formalaşdırmağa çalışır. Cənab Prezident bütün bunların tamamilə əsassız mülahizə və ittihamlar olduğunu bildirdi və bunun hələ ABŞ-ın sabiq dövlət katibi E.Blinkenin vaxtından, o cümlədən Fransanın dəstəyilə davam etdiyini forum iştirakçılarının diqqətinə çatdırdı: "2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir... Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır".
Ermənistanın hazırkı davranışları postmüharibə vəziyyətinin revanşizm və yeni eskalasiya istiqamətində inkişaf etdiyini göstərir. Ona görə də biz potensial təhdidləri və potensial təhlükəni nəzərə almaq və buna müvafiq addımlar atmaq məcburiyyətindəyik. Dövlət başçımızın vurğuladığı kimi biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik. Lakin biz, eyni zamanda, Ermənistanla Azərbaycan arasında etimad mühitinin yaradılmasına da hazırıq. Bununçün isə ilk növbədə qarşı tərəf Azərbaycanın şərtlərini yerinə yetirməli, öz konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı müddəanı çıxartmalı və Minsk qrupunun buraxılması ilə bağlı birgə razılaşmanı imzalamalıdır. Bu iki şərtimizin yerinə yetirilməsi avtomatik olaraq yekun sülh sazişinin imzalanması üçün tam zəmin yaradacaq. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandığı təqdirdə iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması və əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq.
Lakin bütün bunlar dərhal Ermənistanla dost olacağımız anlamına da gəlmir. Cənab Prezident bu məsələyə də aydınlıq gətirdi və bildirdi ki, ilkin mərhələdə kiçik addımlarla etimadsızlığı azaltmaq və etimad mühiti qurmaq mümkündür: "Sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq".
Azərbaycan Prezidentinin postmüharibə vəziyyətinin inkişafı ilə bağlı fikirləri rəsmi İrəvanın düzgün yol seçməsi üçün "yol xəritəsi" ola bilər. Bu mənada indi top həqiqətən də Ermənistan tərəfindədir. Ermənistanı idarə edənlər indiki məqamda ənənəvi erməni hiyləgərliyindən və avantürizmindən imtina edib, siyasi müdriklik nümayiş etdirməli, Bakıdan verilən mesajları düzgün dəyərləndirməlidirlər. Paşinyan anlamalıdır ki, indi "sülh" oyunbazlığı ilə məşğul olmaq vaxtı deyil.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see162

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see136

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see129

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see127

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see109

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see108

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see107

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri