Paşinyan sülh sazişinin mətninin açıqlanacağı vaxtı bəyan etdi
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanən baş Naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinin mətninin nə vaxt açıqlanacağından danışıb.
Modern.az xəbər verir ki, Paşinyan İctimai Televiziyada deyib ki, sülh sazişinin mətni yalnız müqavilə imzalanandan sonra ictimaiyyətə açıqlanacaq.
“Biz bu sənədi Azərbaycanla ictimailəşdirmək imkanını müzakirə edirik, çünki biz onu imzalamağı təklif edirik. Biz onu imzalayan kimi ictimaiyyətə açıqlanacaq”.
Paşinyan erməni ictimaiyyətini əmin edib ki, müqavilə faydalı sənəddir.
"Əgər indi həm Ermənistan, həm də Azərbaycan danışıqları razılaşdırılmış mətnlə yekunlaşdırıbsa, bu, o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan bunu onlar üçün faydalı olan sənəd hesab edib", - Paşinyan bildirib.
Baxış sayı:124
Bu xəbər 22 Mart 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















