Icma.az
close
up
RU
Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə, Azərbaycanla sülh əldə etmək çətin olacaq

Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə, Azərbaycanla sülh əldə etmək çətin olacaq

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hazırda Azərbaycanda məhkəməsi gedən Ruben Vardanyanın azadlığı ilə bağlı təkliflə çıxış edib, lakin Baş nazir Nikol Paşinyan bu təklifi rədd edib. Məlumata görə, Trampın təklifi Paşinyana ABŞ-dakı səfir Lilit Makunts vasitəsilə çatdırılıb və Ağ Ev bunun üçün yalnız rəsmi bir sənəd istəyib. Paşinyan isə bu addımın Ermənistan-Azərbaycan sülh prosesinə maneə yaradacağını bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi ki, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları çərçivəsində son dövrlərdə yeni dinamika müşahidə edilməkdədir:

"Amma əlbəttə ki, imzalanacaq olan sənəd Ermənistan və Azərbaycan arasındakı münasibətlərin gələcək perspektivlərinə kölgə salmayan bir sənəd olmalıdır. Mümkün sülhlə bağlı layihə bu qədər diqqətlə öyrənilir. Heç şübhəsiz ki, Paşinyan öz siyasi və hakimiyyət maraqlarını da sülhün kölgəsində öz lehinə həll etməyə çalışır. Paşinyan başa düşür ki, rusiyalı oliqarx Ruben Vardanyanın gəlib Qarabağda kürəyini əcdadımızın əkdiyi çinar ağacına söykəyib Azərbaycana meydan oxumasını Azərbaycan əsla və əsla bağışlamayacaqdı".

Deputatın sözlərinə görə, Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə, Azərbaycanla sülh əldə etmək çətin olacaq.

"Düşünürəm ki, Paşinyan burada düzgün addım atır. Azərbaycana qarşı hərbi cinayət törətmiş digər cinayətkarların azad olunması məsələsini gündəmə gətirmir. Çünki bilir ki, Azərbaycan bunu qətiyyətlə və dərhal rədd edəcək.

Nəticə etibarilə Paşinyan da siyasətçidir və bilir ki, bu gün Vardanyanın siyasi ambisiyaları var və bu təkcə Qarabağla bağlı deyil, həm də bütövlükdə Ermənistanla əlaqəlidir. Ona görə də mən düşünürəm ki, Azərbaycan onları bağışlamamaqda və Ermənistan da bu məsələni gündəmə gətirməməkdə haqlıdır". - deyə Hikmət Babaoğlu vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri