Icma.az
close
up
RU
Paşinyan ATƏTin Minsk qrupunu siyasi alver vasitəsinə çevirir

Paşinyan ATƏTin Minsk qrupunu siyasi alver vasitəsinə çevirir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Erməni baş nazirin “sülh şantajı”na sözardı

Ermənistan baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərə, guya, cavab verirmiş kimi etdiyi sosial şəbəkə paylaşımında  maraqlı detal var. O detal bundan ibarətdir ki, Paşinyan ATƏT-in artıq canını tapşırmış olan Minsk qrupunun rəsmən ləğvi məsələsini ən sona saxlayır. Yəni, bu şəxs, öz aləmində, sülh üçün şərtlər sadalayır və sözügedən təsisatın aradan qaldırılmasını həmin şərtlərin ödənməsindən sonra görür. Başqa sözlə desək, Minsk qrupunu özünün təsir alətinə çevirir. Bunun digər adı şantajdır.

Diqqət yetirək: Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki başlıca şərt irəli sürür. Bunlardan birincisi, Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Yəni, erməni ana qanununun Azərbaycana və Türkiyəyə ərazi iddiasını nəzərdə tutan İstiqlaliyyət bəyannaməsinə istinadın aradan qaldırılması. Rəsmi İrəvan hesab edir ki, bu tələb Ermənistan konstitusiya məhkəməsinin ötən il çıxardığı qərarla yerinə yetib. 
Məlum olduğu kimi, həmin qərarda bəyannamənin konstitusiyada yer almayan müddəlarının etibarsız sayıldığı açıqlanıb. Halbuki, belə yanaşma çox səthidir və perspektiv spekulyasiyalar üçün, necə deyərlər, əl yeri saxlayır. Ona qalsa, Paşinyan hər çıxışında ölkəsinin qonşularına ərazi iddiasının olmadığını da bildirir. Amma bu deyimlər yalnız sözdədir. Konkret əmələ gəldikdə, Ermənistanın sürətli silahlanma yolu tutduğunu görürük. Əlbəttə, başqa məqamlar da var.
Ermənistan konstitusiyası referendum yolu ilə dəyişdirilməlidir. Çünki referendum xalqın iradəsinin göstəricisidir. Paşinyan bu gün var, sabah yoxdur. Azərbaycana isə mütləq təminat lazımdır ki, Ermənistan yenidən işğalçılıq “sevdasına” düşməyəcək. Referendum erməni şovinizminə və revanşizminə, tipik erməni xəstəliyinə sərt şapalaq olmalıdır. Paşinyan ya referenduma getməli, ya da Ermənistan bir dövlət kimi mövcudiyyatını dayandırmalıdır. Başqa yolu yoxdur. Azərbaycan öz sərhədlərinə yaxın hansısa təhlükənin qalmasına dözməyəcək. 
ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün Azərbaycanın və Ermənistanın birlikdə müvafiq müraciət ünvanlaması ölkəmizin rəsmi İrəvan qarşısında irəli sürdüyü ikinci şərtdir. Əslində, Bakının iki şərti bir-biri ilə bağlıdır. Nəzərə alaq ki, Minsk qrupu Ermənistanın Azərbaycana qarşı ərazi iddiası zəminində formalaşmış təsisatdır. Bu qrup illər ərzində üç məqsədi gerçəkləşdirmək istəyib. Birincisi, Azərbaycanı işğalla barışmağa vadar etmək, ikincisi ölkəmizi müharibə yolu ilə torpaqların geri qaytarılmasının mümkünsüzlüyünə inandırmaq, üçüncüsü isə beynəlxalq ictimai rəyin nəzərində erməni təcavüzünü leqallaşdırmaq, işğala hüquqi don geyindirmək. Deməli, Minsk qrupu həm də Ermənistan konstitusiyasının istinad etdiyi İstiqlaliyyət bəyannaməsindəki ərazi iddiası motivinin həyata keçməsi yönümündə fəaliyyət göstərib. 
Rəsmi Bakı məhz buna görə də iki tələbi birlikdə irəli sürür. Ancaq Paşinyanın “sülh şərtləri” onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanın tələblərinə əhəmiyyət verməməkdə israrlıdır və bunu aşkar şəkildə edir. ATƏT-in Minsk qrupunun ləğvini ən sona saxlamaq hansısa başqa anlam daşımır. Nikol da çox yaxşı başa düşür ki, bu təsisatın mövcudluğu Ermənistanın Azərbaycana ərazi iddiasının davamlılığı deməkdir. Əslində, belə bir iddianın olmadığını, az qala, hər çıxışında bəyan edən Paşinyan heç bir şərtsiz-filansız Minsk qrupunun ləğvi təşəbbüsünü özü qaldırmalı idi. Bu, xoş niyyət ifadəsi olardı. İndiki halda belə bir niyyəti görmürük, əksinə, əvvəldə də bildirdiyimiz kimi, ortada son dərəcə böyük şantaj var.
Bəli, ortada Ermənistan adına həm də böyük riyakarlıq var. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan da göstərib. O, ötənilki açıqlamalarının birində Bakı–İrəvan münaqişəsinin nizamlanması baxımından ATƏT-in Minsk qrupunun hansısa müsbət rol oynaya biləcəyini vurğulamışdı. Axı erməni XİN rəhbəri də bu formatın iflic durumda olduğunu gözəl anlayır. Anlayır ki, danışıqlarda təsisata etimad göstərmək mümkünsüzdür. Mirzoyan, sadəcə olaraq, tipik erməni xislətini nümayiş etdirir. Əlbəttə, Paşinyanın ondan geri qalmayacağı məlumdur. Nikol ATƏT-in Minsk qrupu məsələsi ilə sanki siyasi alver etmək istəyir. Fikrimizin bir təsdiqi də var. Diqqət yetirək, erməni baş nazirin irəli sürdüyü şərtlərdə sülhün “Dünyanın kəsişməsi” “kazusu” da yer alır. 
Sonda deyək ki, “Dünyanın kəsişməsi” Azərbaycanın Zəngəzur dəhlizi ideyasına alternativ təşəbbüsdür. Bu təşəbbüs Ermənistanı qlobal kommunikasiya qovşağına çevirməyi hədəf seçir. O qovşağa ki, ölkə onun reallaşması ilə böyük tranzitin açar fiquru rolunu oynayacaq. Belə bir amplua külli miqdarda gəlir deməkdir. Əlbəttə, “Dünyanın kəsişməsi” gerçəkləşəcəksə, Ermənistan iqtisadi, müvafiq surətdə həm də hərbi baxımdan ciddi şəkildə güclənəcək. O zaman isə ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq. Çünki İrəvan özünün avantürist mahiyyətini reallığa çevirmək naminə tamam başqa cür davranacaq, beynəlxalq havadarlarının uydurduğu fərqli formata və siyasi gündəmə üstünlük verəcək. Hər şey bu qədər sadədir. 

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri