Icma.az
close
up
RU
Paşinyan: Dövlət EEŞ in idarəçiliyini öz üzərinə götürəcək

Paşinyan: Dövlət EEŞ in idarəçiliyini öz üzərinə götürəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ermənistan hakimiyyəti “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) QSC-nin idarəçiliyini öz üzərinə götürmək niyyətindədir, lakin bu o demək deyil ki, milliləşdirmə prosesindən sonra şirkət həmişə dövlət tərəfindən idarə olunacaq.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan “Taşir” Şirkətlər Qrupuna məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi planlarını açıqlamışdı.

Bu, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın evində axtarış aparıldıqdan və onun həbsindən bir neçə saat sonra baş verib. "Biz autsorsinqdən danışırıq, lakin bizim vəzifəmiz ən effektiv meneceri tapmaq və eyni zamanda aydın ictimai və dövlət nəzarətini həyata keçirməkdir", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan parlamentin qəbul etdiyi qanunlara Elektrik Şəbəkələrinin dövlət nəzarətinə qaytarılmasını nəzərdə tutan dəyişiklikləri imzalayıb.

Yeni qanunvericilik müddəalarına əsasən, Respublikanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası ciddi qanun pozuntularına yol verdikdə, energetika və ya idarəetmə sektorunda ən azı beş il iş təcrübəsi olan kənar menecer təyin etməklə, şirkətin mövcud rəhbərliyini müvəqqəti olaraq vəzifədən kənarlaşdırmaq hüququna malikdir.

2016-cı ildən “Ermənistanın Elektrik Şəbəkələri” QSC rus-erməni sahibkar Samvel Karapetyanın təsis etdiyi “Taşir” Şirkətlər Qrupuna daxildir. Əvvəlki hakimiyyətin tələbi ilə o, şirkəti alıb və onun modernləşdirilməsinə yüz milyonlarla dollar sərmayə qoyub. Eyni zamanda, Taşir paylayıcı şəbəkələrə rəhbərlik edib, yüksək gərginlikli infrastruktur isə dövlət mülkiyyətində qalıb.

Təbii ki, bu hadisənin rəsmi məlumatlara əsaslanan hissəsidir, lakin siyasi ekspertlərin fikrinə görə, bu, Paşinyanın ölkədəki elektrik enerjisinə Rusiyanın nəzarətini azaltmaq məqsədli bir manevridir. Baş nazir Kremldən üz döndərərək Avropa ilə münasibətləri qurmağa çalışır. Rusiya əlindəki bütün rıçaqları işə salaraq, ölkədəki "müxalif" qüvvələri hərəkətə gətirərək Ermənistana nəzarəti itirmək istəmir. Ölkənin strateji əhəmiyyətli enerji sektorunu əlində saxlamaq üçün, həmçinin əzərə alsaq ki, bir il sonra Ermənistanda parlament seçkiləri keçiriləcək, Moskva ölkədəki aktivliyini artırır və daha da artıracağı gözlənilir. Paşinyan isə hələlik mövqeyində sabitlik nümayiş etdirir. Hakimiyyətə gəldiyi ilk vaxtlardan başladığı qərbyönümlü siyasətini irəli aparmaq fikrindədir. Çünki ölkəsinin tam və qəti azdlığını Qərbə inteqrasiyada görür. Lakin bunu elə etməyə çalışır ki, ayının pəncəsi altında qalmasın.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri