Icma.az
close
up
RU
“Paşinyan erməni xalqını real reallığı qəbul etməyə və düşmənçilik səhifəsini bağlamağa çağırır” SİYASİ EKSPERT

“Paşinyan erməni xalqını real reallığı qəbul etməyə və düşmənçilik səhifəsini bağlamağa çağırır” SİYASİ EKSPERT

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq forumda çıxış edərək bir sıra məsələlərə, o cümlədən sülh gündəliyinə toxunub.

Paşinyan bildirib ki, hazırkı mərhələdə əsas məsələ təkcə diplomatiya deyil, həm də bölgədə yaranmış yeni reallığı dərk etməkdir. Onun sözlərinə görə, regionda sabitlik və davamlı sülhün təmin olunması üçün tərəflərin bu reallığı qəbul etməsi vacibdir.

Nikol Paşinyan çıxışı zamanı bir çox məqamlara toxunub, o cümlədən əhalinin psixoloji vəziyyətinə diqqət çəkib. Baş nazir bildirib ki, siyasi baxımdan Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, sosial-psixoloji baxımdan proses hələ də davam edir.

Gununsesi.info-ya danışan siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan çox proseslərə obyektiv və realist yanaşır:

“Düşünürəm ki, bu, doğru qiymətləndirmədir. Siyasi proseslərdə, dövlətlərarası münasibətlərdə müəyyən pozitiv məqamlar yaranıb və tərəflər arasında demək olar ki, de-fakto sülh mövcuddur. Amma Ermənistan xalqına burada, xüsusən də son 100 ildə, onlara qarşı türkfobiya və azərbaycanfobiya ruhu kilsə vasitəsilə aşılanıb. Bu ideologiya 1938-ci ildən başlayaraq Azərbaycana qarşı işğal və terroru doğurub. Yəni bütün bu səbəblər nəticəsində kilsə və revanşist qruplar tərəfindən Azərbaycan türklərinə qarşı tamamilə düşmənçilik ruhu formalaşdırılıb və siyasi səviyyədə xalqa bunu qəbul etdirmək üçün maarifləndirmə aparılıb.

Nikol Paşinyan da bunun fərqindədir. Ona görə də o, Ermənistanın müxtəlif vilayətlərinə səfərlərində real Ermənistan ideologiyasını xalqa təqdim edir — “tarixi Ermənistan” iddialarından imtina etməyi vurğulayır. Xalqın psixoloji vəziyyətini yaxşı bildiyi üçün ona deyir ki, biz dövlətimizi xəyali sərhədlər ətrafında yox, faktiki reallıq əsasında qurmalıyıq və bu istiqamətdə siyasətimizi formalaşdırmalıyıq, həmçinin qonşulara qarşı düşmənçilikdən əl çəkmək lazımdır.

O, parlament çıxışında da bildirib ki, Azərbaycanlara və türklərə qarşı düşmənçiliyi Rusiyanın xüsusi xidmət orqanları — KQB — bizə ötürüb. Yəni bu düşmənçilik xarici təsirlərlə formalaşdırılıb. Xalqına çatdırır ki, artıq Azərbaycanla dövlətlərarası sülh mövcuddur və siz də Azərbaycanlara qarşı nifrəti, düşmənçiliyi arxa plana atmalısınız — artıq sülh vaxtıdır. Bu nöqteyi-nəzərdən Paşinyanın üzərinə böyük öhdəliklər düşür”.

Siyasi ekspertin sözlərinə görə, Paşinyanın kilsəyə qarşı apardığı mübarizə zaman-zaman hakimiyyətini qorumaq məqsədli görünə bilər, amma digər tərəfdən o, kilsənin sülhə qarşı olan mövqeyinə də meydan oxuyur.

“Məhz kilsə və revanşist qruplar — Robert Koçaryan, Serj Sərkisyan kimi siyasi xadimlər — uzun müddət ərzində erməni cəmiyyətində Azərbaycan xalqına qarşı düşmənçilik təbliğatı aparıblar. Onlar bu düşmənçilikdən istifadə edərək hakimiyyəti əlində saxlayıblar və öz siyasi maraqlarını təmin ediblər.

Paşinyan xalqa bildirir ki, Azərbaycan xalqına qarşı bu düşmənçilik əslində onların öz siyasi maraqlarına xidmət edib. Bu şüarlar və düşmənçilik ideologiyası yalnız hakimiyyət qurmaq üçün alət kimi istifadə edilib. Nəticədə Ermənistan uzun illər forpost vəziyyətində qalıb. Paşinyanın dediklərinin altında məhz bu məqamlar yatır: Ermənistan artıq forpostdan azad olmalıdır, düşmənçilik səhifəsi erməni xalqı üçün bağlanmalıdır və biz sülhə gəlməliyik.

Sərhədlər açılmalıdır, gömrük məntəqələrində, keçid yerlərində ermənilər Azərbaycanlara qarşı düşmənçilik göstərməməlidir. İnsanlar — həm ermənilər, həm də azərbaycanlılar — sərhədlərdə, keçid məntəqələrində normal, dinc şəkildə qarşılaşmalı və qarşılıqlı hörmət şəraitində hərəkət etməlidirlər,-“deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri