Icma.az
close
up
RU
Kilsə Paşinyan qarşıdurmasının pərdəarxası “O, erməni cəmiyyətini seçim etməyə çağırır”

Kilsə Paşinyan qarşıdurmasının pərdəarxası “O, erməni cəmiyyətini seçim etməyə çağırır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni Apostol kilsəsinə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya amilidir. 

Politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın 2025-ci ildə keçiriləcək parlament seçkilərində ona qarşı istifadə edilə biləcəyindən ehtiyat edir.

Ekspert hesab edir ki, məhz buna görə Paşinyan kilsə ilə ittifaqı gözdən salmaq üçün kampaniyaya başlayıb: “İkinci Qarabağ müharibəsindən sonra Paşinyan bir sıra ciddi əngəlləri aşmağı bacardı. İlk olaraq ona qarşı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan çıxış etdi və onun istefasını tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı güclər dayanırdı. Paşinyan dərhal onu vəzifədən uzaqlaşdıraraq neytrallaşdırdı. Ardınca erməni kilsəsi keşiş Baqrat Qalstyanı önə çıxardı. Qalstyan İrəvana yürüş təşkil etdi, çadırlar quruldu, etiraz aksiyaları keçirilməyə çalışıldı. Lakin keşiş cəmiyyətdən yetərli dəstək ala bilmədiyi üçün uğursuzluğa düçar oldu.”

E.Şahinoğlunun fikrincə, bu dəfə Paşinyan potensial rəqiblərin meydana çıxmasını gözləmədən həm radikal müxalifətə, həm də kilsəyə qarşı mübarizəni gücləndirib. Onun məqsədi seçkiyə qədər rəqiblərini zəiflətmək və ictimai rəyə təsir göstərməkdir.

Politoloq vurğulayır ki, Paşinyan erməni cəmiyyətini açıq seçim qarşısında qoyur: “Baş nazir mesaj verir: ya mənimlə yola davam edəcəksiniz və bu sülhə, sabitliyə gətirib çıxaracaq, ya da müharibə istəyən radikal müxalifət və kilsənin tərəfini tutacaqsınız – bu isə həm yeni müharibə, həm də ərazi itkiləri ilə nəticələnəcək.”

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri