Paşinyan: Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə tranziti elə indi təmin etməyə hazırdır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İrəvan elə bu gün mövcud marşrutlar üzrə Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı deyib.
Zəngəzur dəhlizinə gəlincə, Paşinyanın sözlərinə görə, Ermənistan tez zamanda hər şeyi təşkil etməyə hazırdır.
"Lakin texniki baxımdan bu hissənin hələ də təmirə və ya Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən dəmiryolu əlaqəsinin rekonstruksiyasına ehtiyac var. Mən əminəm və siz də əmin ola bilərsiniz ki, bu texniki məsələlər də eyni şəkildə yaxın iki-üç il ərzində öz həllini tapacaq. Yaxın perspektivdə Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirən boru kəmərləri və elektrik xətləri, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə xətləri çəkiləcək", - deyə Paşinyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















