Paşinyan: Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətə yük maşınlarının tranzitini təmin etməyə hazırdır
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gündən etibarən Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə yük maşınlarının tranzitini təmin etməyə hazırıq.
AZƏRTAC xəbər verir ki bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
Ermənistan hökumətinin başçısı bildirib ki, bu, indiki mərhələdə ölkənin tətbiq edə biləcəyi yeganə variantdır.
“Bir il səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmaması nəticəsində bir nəfər belə olsun əsgər həlak olmayıb. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb”, - Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olduğunu vurğulayan Paşinyan deyib.
Nikol Paşinyan “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün intensiv işlər aparıldığını da bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Oktyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















