Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Paşinyan: Ermənistan ordusu ÜDM i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan güclüdür?

Paşinyan: Ermənistan ordusu ÜDM i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan güclüdür?

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ermənistan tarixində “güclü ordu” anlayışı həmişə əsas prinsip olub.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib.

“Biz daim deyirdik: bizə güclü ordu lazımdır. Amma bu da elə bir məqamdır ki, özümüzə sual verməliyik: “Güclü ordu” nə deməkdir? Bu, müttəfiqlərlə birgə olan ordu deməkdir, yoxsa müttəfiqsiz? Əgər müttəfiqlərlədirsə, bir sıra suallar yaranır. Əgər müttəfiqsizdirsə, yenə də suallar yaranır. İndi geriyə baxaraq anlayıram ki, anlayışları dəqiqləşdirmək həyati zərurətdir. Əsas sual isə budur: Ermənistan dövləti, Ermənistan Respublikası öz ordusu qarşısında hansı vəzifəni qoyur?”, - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan Respublikasının ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir vəzifə və funksiya daşımır: “Ordunun vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin müdafiəsini təmin etməkdir. Burada daha bir mühüm məqam var. Ordumuz bizə həmişə birinci sədd və təhlükəsizliyin əsas dayağı kimi təqdim olunurdu. Yumşaq desək — birinci. Əslində həm birinci, həm ikinci, həm üçüncü, həm də dördüncü. Mən bir dəfə demişdim: biz heç vaxt düşünmədik ki, əsgərimizin çiyinlərinə nə qədər dözülməz yük yükləmişik. Təəssüf ki, sonra başa düşdük: əgər təhlükəsizliyin təmin olunmasında əsas alət yalnız ordudursa, deməli, təhlükəsizliyin yoxdur. Əgər təhlükəsizliyin əsas aləti ordudursa, bu formulu ümumiyyətlə işlətməmək daha yaxşıdır. Belə demək lazımdır: təhlükəsizlik ümumiyyətlə yoxdur. Çünki “güclü ordu” nə deməkdir? Yenidən soruşuram: kimdən güclü? Neçə potensial düşməndən? Hansı ÜDM və əhali sayına malik? Əhalisi yüz milyonlarla olan, ÜDM-i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan? Məsələ məhz vəzifənin düzgün qoyulmasındadır. Bu, elə bir haldır ki, adətən deyirik: “Axı bu aydındır. Bunu kim bilmir ki?” – Xeyr, bu, heç də aydın deyil. Daha da irəli gedərək deyirəm: ordu ikinci, üçüncü, dördüncü, beşinci təhlükəsizlik aləti də olmamalıdır. Ordu ən sonuncu olmalıdır. İş elə qurulmalıdır ki, ordu 15-ci, 20-ci, 50-ci, 100-cü yerdə olsun. Bu, ordunun rolunun kiçildilməsi demək deyil”.

Ermənistan Baş naziri “müxalifətin bunları Azərbaycan və Türkiyənin tələbi ilə etdiklərinə dair” iddialarına da toxunub: “Müxalifət deyir bu bizi alçaldır. İcazə verin deyim: bu, “təhlükəsizlik” anlayışının əsas qatlarının, səviyyələrinin və konseptlərinin başa düşülməməsinin nəticəsidir. Bu gün çoxları başa düşmür ki, biz niyə elə qərarlar veririk ki, ən azından qısamüddətli dövrdə alqışlanmırıq. Sadə səbəbdən: bizim məqsədimiz “bu gün” üçün təhlükəsizliyi təmin etmək deyil, elə qərarlar verməkdir ki, on il sonra yenidən bir partlayış baş verməsin və biz arxaya söykənib, siqaret çəkə-çəkə deməyək: “Baxın, biz xəbərdarlıq etmişdik”. Bizim məqsədimiz elə qərarlar verməkdir ki, ölkəmizin qanuni, tanınmış sərhədləri olan ölkənin təhlükəsizliyi yalnız bu gün deyil, yüz illər boyu təmin olunsun. Qoy bu gün bizi “xəyanətkar” adlandırsınlar, amma bizim bu gün atdığımız addımlar nəticəsində 50, 100, 150 il sonra Ermənistan Respublikası dövlət olaraq qalacaq. İki il əvvəl mən bu sualı verirdim. İndi isə bu sualı artıq vermirəm, mən bunu bəyan edirəm: belə olacaq. Və hər şeydən əvvəl legitimlik strategiyasının sayəsində”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri