Icma.az
close
up
RU
Ermənistan silahları cəmləşdirib Paşinyan müharibəyə hazırlaşır?

Ermənistan silahları cəmləşdirib Paşinyan müharibəyə hazırlaşır?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan uzun müddətdir ki, hazırlıq içərisindədir. Son günlərdə baş verən proseslərə nəzər saldıqda rəsmi İrəvanın yenidən silahlandırıldığını görmək mümkündür.

Bakıda COP29 konfransı keçirilərkən Hindistanın Ermənistana özünün “Akaş” zenit-raket komplekslərinin ilk batareyasını göndərməsi barədə məlumat daxil olub. Bundan bir ay əvvəl Ermənistanın Hindistandan “Pralay” taktiki ballistik raketləri almağı planlaşdırdığı da bildirilirdi. Ermənistana Fransanın müasir 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri gətirilib. Yunanıstan Ermənistana S-300 hava hücumundan müdafiə sistemini və ölkənin hava hücumundan müdafiəsi üçün istifadə edilən Rusiya istehsalı olan daha iki silah sistemini təhvil verməyə hazırlaşır.

Son olaraq Polşa prezidenti Anjey Dudanın sərhədə gəlməsi və s. sözügedən hazırlıqların bir parçası kimi dəyərləndirilir.

Ermənistan müharibəyə hazırlaşır?

Globalinfo.az-a danışan politoloq Aqşin Kərimov deyib ki, Ermənistanı genişmiqyaslı müharibəyə hazırlamaq məşqləri regionu son dərəcə siyasi və hərbi təhlükəsizlik cəhətdən qeyri-sabit münaqişə məcrasına itələmək cəhdidir:

“Azərbaycanla Ermənistan arasındakı danışıqlar xəttini pozmaq səylərinə İrəvanın da qeyri-müəyyən mövqeləri təkan verir.

Beləliklə, regionda Azərbaycanla Ermənistanın hüquq və vəzifələri üzərində toqquşma nöqtələri yaratmaq üçün İrəvanın silahlandırılması həyata keçirilir.

Aqşin Kərimov

Amma regional nizama nəzarət üçün lazım olan hərbi hədlər Ermənistanın balansında mövcud deyil, nəticədə demək olar ki, Azərbaycan İrəvanla deyil, ona dəstək olan qüvvələrlə həm diplomatik-siyasi, həm də kəşfiyyat siyasətini rəngləndirir”.

Politoloqun sözlərinə görə, Azərbaycan strateji uzaqgörənliyi ilə regional strkturda sabitliyin və təhlükəsizliyin təmini məqsədlərində çoxşaxsəli yanaşma həyata keçirir:

“Bu, hətta Ermənistanla ona dəstək olan dövlətlərin arasında ziddiyyətləri inkişaf etdirə bilər.

Yəni, Azərbaycan diplomatik-siyasi həmlələr və gələcək təxribatlara qarşı güc faktorundan istifadə ehtimallarından daha əlamətdar regional hadisələrin açarının özündə olduğunu bəyan edir.
Təbii ki, bu amil Azərbaycana diplomatik-siyasi yollarla Ermənistanla mübahisələrin həlli müzakirələrinin Bakının şərtləri əsasında təşviqini asanlaşdırır. Burada Azərbaycanın əsas tərəf müqabili Ermənistan deyil, çünki İrəvan müstəqil siyasətdən çoxdan imtina edib.

Bir sözlə, strateji olaraq gəldiyim qənaət belədir ki, Azərbaycan regional və qlobal aktorlarla “İrəvan uğrunda” mübarizə aparır. Lakin getdikcə öz mövqeyini gücləndirir və davam edən danışıqlar prosesinin incəliklərini tamamilə öz maraqları kontekstində inkişaf etdirmək şansı qazanır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri