Icma.az
close
up
RU
“Paşinyan isə sülhə nail olmuş lider kimi revanşistləri məğlub edəcək kimi görünür...”

“Paşinyan isə sülhə nail olmuş lider kimi revanşistləri məğlub edəcək kimi görünür...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağı könüllü tərk etmiş erməni əhalinin bir hissəsi də Rusiyaya köçüb. Moskva onlardan da istifadə etməyə çalışacaq. Ara Abramyanın təbrik edilməsi də Putin Rusiyasının qarşıya müxtəlif hədəflər qoyduğuna işarədir...”

Rusiya Ermənistanda Qarabağdan köçmüş ermənilər kartından istifadə etməyə çalışmaqda davam edir. Bu günlərdə Mokvadan 800 köçkün erməni ailəsinə yardım gətirilib. Dünən isə Putin Rusiya Ermənilər İttifaqının 25 illiyi münasibəti ilə təbrik edib. Həmin ittifaqın sədri Ermənistanda hakimiyyətə iddialı olan milyarder Ara Abramyandır. Necə hesab edirsiz, gələn ilin iyunundakı parlament seçkilərinə qədər Ermənistanda hadisələr necə inkişaf edəcək?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ermənişünas tədqiqatçı alim Qafar Çaxmaqlı bunları söyləyib:

“Əvvəldən istisna deyildi ki, Rusiya Azərbaycana təzyiq etmək üçün Qarabağdan köçmüş ermənilər kartından istifadə edəcək. Sentyabrın 2-də İrəvanda Azadlıq meydanında keçirilən mitinqdə də Qarabağ ermənilərinin geri dönüşü məsələsində Rusiyadan yardım tələb olunub. Kreml də buna uyğun olaraq siyasi gedişlər edir. Bunlardan biri də Qarabağ ermənilərinə yardım jestidir. Qarabağı könüllü tərk etmiş erməni əhalinin bir hissəsi də Rusiyaya köçüb. Moskva onlardan da istifadə etməyə çalışacaq. Ara Abramyanın təbrik edilməsi də Putin Rusiyasının qarşıya müxtəlif hədəflər qoyduğuna işarədir. Seçkilərdə Paşinyana rəqib olacaq şəxs artıq Ermənistana göndərilib. Bu, milyarder Samvel Karapetyandır. Onu həbsə atdırıb qəhrəmana və hakimiyyətə əsas iddialı şəxsə çevirmək istəyirlər. Karapetyanın artıq elektoratı və siyasi  təşkilatı formalaşdırılır. 7 iyun seçkilərində Rusiyanın dəstəklədiyi namizəd Karapetyan olacaq. Anket - sorğularda o birinci yerdə göstərilir. Paşinyan isə sülhə nail olmuş lider kimi bunları məğlub edəcək kimi görünür. Amma vaxta hələ çox var. Siyasi situasiya dəyişə də bilər”.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri