Icma.az
close
up
RU
İrəvanda hakimiyyət kilsə gərginliyi PİK HƏDDƏ Paşinyan “terror yuvası”nı təmizləyə BİLƏCƏK?

İrəvanda hakimiyyət kilsə gərginliyi PİK HƏDDƏ Paşinyan “terror yuvası”nı təmizləyə BİLƏCƏK?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda baş nazir Nikol Paşinyanla kilsə arasında bir müddətdir sükutla müşayiət olunan qarşıdurma yenidən alovlanmaq üzrədir.
Belə ki, Paşinyan keçirdiyi son brifinqdə bütün ermənilərin katolikosu II Qareginə qarşı fəaliyyətdən imtina etmədiyini bəyan edib. Ermənistan Baş naziri qeyd edib ki, II Qareginin kilsə rəhbərliyindən azad edilməsi prosesinə rəhbərlik etməyə hazırlaşır.
Xatırladaq ki, Paşinyanla kilsə arasında qarşıdurma xeyli müddətdir davam edir. Baş nazir II Qaregini din xadiminə yaraşmayan hərəkətlərə yol verməkdə ittiham edib. Hətta bu fonda iyulun sonlarında Ermənistanın baş naziri II Qareginin vəzifəsindən azad olunması üçün təklif irəli sürüb.
Həmin vaxt Paşinyan erməni kilsəsinin katolikosunu vəzifədən uzaqlaşdırmaq və yenisini seçmək üçün kilsənin nizamnaməsini sadələşdirməyi təklif edib.
Erməni mətbuatı həmçinin Paşinyanın cari ilin sonuna qədər II Qareginin istefasına nail olmaq istədiyini bildirib.
Qeyd edək ki, əsl adı Ktriç Nersisyan olan II Qaregin bütün ermənilərin 132-ci katolikosudur. O, 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir. Hazırda isə II Qareginin xeyli müddətdir ABŞ-da olduğu bildirilir.
Baş nazir terror yuvası olan kilsəni təmizləyə biləcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, parlament seçkilərinə qədər Paşinyanın bu məqsədinin öhdəsindən gəlməsi çətin məsələdir:
“Hazırda Ermənistanda siyasi qüvvələr arasında ən populyar təşkilat Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadır. Lakin onun da nüfuzu günü-gündən düşməkdədir. Bütövlükdə erməni cəmiyyətində Paşinyanın əsas rəqibi kilsə və böyük maliyyə imkanlarına malik olan bir neçə sahibkardır. Onların arxasında isə Rusiya dayanır. Bu səbəbdən Paşinyan parlament seçkiləri ərəfəsi kilsə və siyasi proseslərə qoşulmaq istəyən sahibkarları zərərsizləşdirmək istəyir.
Onların bəzi nümayəndələri barədə hətta cinayət işi açılıb. Ancaq Paşinyanın əsas hədəfi bütün ermənilərin katolikosudur. O, bütövlükdə bu qurumun özünü zəiflətmək, onun erməni cəmiyyətindəki nüfuzunu azaltmaq istəyir. Katolikos və ətrafındakıların mənəvi cəhətdən keyfiyyətsiz insanlar olduğunu cəmiyyətə çatdırmağa çalışır. Təəssüf ki, erməni cəmiyyəti Paşinyanın səsləndirdiyi bu faktlara arzuedilən reaksiyanı vermir”.
 

Paşinyan kilsə qarşıdurmasının necə tamamlanacağı, onun kilsəni sıradan çıxara biləcəyinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, ən azından yaxın aylarda belə bir hadisə baş verməyəcək:


“Qarşıdurma hələ uzun müddət davam edəcək.
Paşinyan növbəti parlament seçkilərini uda bilsə, mövqeyi daha da güclənəcək. Nəticədə o, kilsəyə qarşı mübarizədə daha kəskin addımlar ata biləcək. Parlament seçkilərinə qədər isə kilsəni təmizləmək, onu sıradan çıxarmaq mümkün olmayacaq. Qarşıdurma seçkilərə qədər yüksələn xətt üzrə davam edəcək. Seçkilərdə Paşinyanın növbəti qələbəsi fonunda isə baş nazir kilsə qarşıdurmasının daha kəskin növbəti mərhələsi başlayacaq”.
Rüfət Sultan, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri