Icma.az
close
up
RU
Paşinyan kilsəyə niyə müharibə elan edib?

Paşinyan kilsəyə niyə müharibə elan edib?

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib. Rusiya lideri həmkarına möhkəm cansağlığı, xoşbəxtlik və dövlət qulluğunda uğurlar arzulayıb, həmçinin Avrasiya məkanında sabitlik, təhlükəsizlik və firavanlıq naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. Lakin hələlik Paşinyan daha çox bu problemlərlə deyil, erməni kilsəsinin taleyi ilə maraqlanır.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Ermənistan hökumətinin başçısı yubiley ərəfəsində Erməni Apostol Kilsəsini kilsələrinə qeyri-adekvat münasibətinə görə tənqid etmək qərarına gəlib:
"Kilsələrdə bütün lazımsız şeylər saxlanılır: əlavə mərmər plitələr, sement torbaları, köhnə paslı armatur parçaları. İnsan niyə kilsəyə gedir? Ruhani bir şeylə təmasda olmaq üçün içəri girir. Birdən içəri girib görürsən ki, bir yerdə zibil səpələnib, haradasa kiminsə paltarı, ayaqqabısı var".
Paşinyan hökumət iclasında keşişləri həm də yalançılıqda ittiham edib, çünki ateist olduqları halda müqəddəs mətləblər haqqında danışırlar.
Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan cavab olaraq bəyan edib ki, Paşinyan təhsil çatışmazlığı, eləcə də düzgün ictimai ünsiyyət və məsələləri dərindən dərk etməkdə daxili böhran nümayiş etdirir. Eyni zamanda, Xaçatryan xatırladıb ki, 2019-cu ildən etibarən Erməni Apostol Kilsəsi (EAK) dəfələrlə hakimiyyət orqanlarından dini abidələrin qorunmasına köməklik göstərilməsini xahiş edib, lakin indiyədək heç bir cavab verilməyib.
Paşinyanın reaksiyası özünü çox gözlətməyib. O, sosial şəbəkələrdə nalayiq şəkildə keşişi söyüb.
Bundan əlavə, o, sual verib: subaylıq andını pozan keşişlə nə etməli? “İndi etik cəhətdən daha dürüst olan nədir: könüllü istefa vermək, yoxsa ruhi iztirablara yol açmaq – araşdırma aparılacaqmı, həqiqət üzə çıxacaqmı?”,- deyə Paşinyan qeyd edib.
Paşinyanın xanımı Anna Akopyan ərinə dəstək verib və o, baş nazirin səmimiliyinə dair bütün şübhələri aradan qaldırıb.
"Saxlanc" sözündən dəli olublar. Təbii ki, belə də olmalıdır. Axı saxlanclar qara cübbə geyinən azğınların həyatının qaranlıq guşələridir. Məhz orada mömin camaatın qəzəbinə tuş gələn pozğunluqlar baş verir. İnanclı xalq bu məmləkətin azğın kütləsini çiyinlərində daşıyır. Ölkənin dini mafiyası saxlanc söhbətindən niyə qaşınır? Hökumət başçısına niyə hücum edir?”
Erməni mediası Paşinyanın kilsəyə qarşı hücuma keçməsinə xeyli yer ayırıb. Xüsusilə, “DOG” kimi tanınan bloger Vartan Qukasyanın ritorikası maraqlıdır. Bundan əvvəl o, 2023-cü ildə İrəvan Şəhər Şurasına seçkilərdə 10,51 faiz səs toplayan “Xalqın səsi” partiyasını yaradıb.
Rusiya-Ermənistan Universitetinin dosenti Anton Yevstratov NG-yə bildirib ki, Paşinyanın kilsəyə təzyiqi həm də onun Ermənistanın hakim elitasının 2018-ci ilin “məxməri inqilab”ından sonra öz mövqeyini qoruyub saxlayan sonuncu köhnə nümayəndəni vəzifəsindən uzaqlaşdırmaq istəyi ilə bağlı ola bilər.
"Hökumət və kilsə arasında münaqişənin açıq şəkildə iyrənc təzahürlərinə istinad etsək, deməli, katolikos Qaregin “inqilab”dan əvvəlki Ermənistanın özünü rahat hiss edən sonuncu nümayəndəsidir. Eyni zamanda, kilsə mövcud müxalifət üçün rejimə müqavimət simvollarından biridir. Keçən il bu, "Vətən naminə Tavuş" hərəkatında ifadə olundu.
Paşinyanın katolikos seçkisinə təsir etmək həvəsi milli ənənələrə ziddir. Erməni dövlətçiliyi hazırda zəifdir, o, bir neçə əsr ümumiyyətlə mövcud olmayıb, əksinə, orta əsrlərdə və müasir dövrdə kilsə hətta bəzi mənalarda onlar üçün dövləti əvəz edib”.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see312

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see290

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see272

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see224

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see223

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see196

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see194

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see192

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see190

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see190

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see190

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see187

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see185

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see184

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see184

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see184

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see181

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri