Paşinyan Lenini görüb təəccübləndi: “Unikal yerdir!” VİDEO KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində bölgələrə səfəri zamanı maraqlı bir foto çəkdirib.
KONKRET.az xəbər verir ki, o, Vladimir Leninin köhnə bir büstü ilə qarşılaşıb.
“Lenin heykəlini subsidiya ilə təmir etmişik? – Baş nazir zarafatla bildirib. – Nə yaddaqalan, unikal bir yerdir. Şəklimi çək”.
Yeri gəlmişkən, oxşar qarşılaşma 2017-ci ildə də baş verib. O zamanlar “Çıxış” fraksiyasının rəhbəri olmuş Nikol Paşinyan “Facebook” səhifəsində Vladimir Leninin heykəlinin təsvir olunduğu bir şəkil paylaşıb. Təəccüblü olan odur ki, Leninin heykəli Ermənistan Milli Məclisində yerləşirdi.
“Mən onu Milli Məclisdə gördüm. Yəqin ki, aprel ayında Milli Məclisin zalına aparmaq üçün gətiriblər. Sonuncu bolşevikin seçki kampaniyasının başlanğıcı”, – deyə Nikol Paşinyan fotoya şərh yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 14 Aprel 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















