Icma.az
close
up
RU
Paşinyan Moskvada görünməklə Qərbin gözündə nüfuzunu itirir sensasion şərh

Paşinyan Moskvada görünməklə Qərbin gözündə nüfuzunu itirir sensasion şərh

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Digər liderlərin fonunda Nikol Paşinyanın seçimi, əslində, regionun gələcək balanslarını anlamaq üçün çox şey deyir. Hazırda dünya liderlərinin əksəriyyəti BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ-da toplaşıb. Bu, sadəcə rəsmi toplantı deyil, həm də hər bir dövlət başçısı üçün qlobal auditoriyaya özünü təqdim etmək, tərəfdaşlarını gücləndirmək və yeni diplomatik fürsətlər qazanmaq meydanıdır. Azərbaycan Prezidenti İlham Əliyev də oradadır və ABŞ prezidenti Donald Trampla görüş keçirib və liderlik keyfiyyətləri ilə hər zaman diqqət mərkəzinə düşüb. Belə bir məqamda Ermənistanın baş naziri Nikol Paşinyanın yoxluğu maraqlıdır”.

Moderator.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərini Musavat.com-a şərh edərkən bildirib.

T.İsmayılov qeyd edib ki, Paşinyan Nyu-Yorkdan öncə Rusiyaya səfər etməklə BMT tribunası kimi nadir şansı əldən verərək özünü təcrid etdi: “Ermənistanı Nyu-Yorkda yalnız xarici işlər naziri Ararat Mirzəyan təmsil edir. Bu, bir hökumət başçısı üçün ciddi diplomatik itki deməkdir, çünki beynəlxalq təşkilatların və medianın diqqəti əsas liderlərdə cəmlənib. Paşinyan isə bu fürsəti qaçıraraq Moskvaya – Putinin iştirak etdiyi Rusiya atom sənayesinin 80 illiyinə qatılmağa üstünlük verdi. Bu, onun prioritetlərinin hara yönəldiyini açıq şəkildə göstərir”.

Sual yaranır: Niyə Paşinyan Trampın yanında yox, Putinin yanında olmaq istədi? Siyasi şərhçi: “Burada bir neçə izah mümkündür. Birincisi, Paşinyan öz siyasi gələcəyini hələ də Rusiya ilə bağlı görür. Hər nə qədər Qərbə açılmaq iddiasında olsa da, Kreml qarşısında atdığı addımlar onun hələ də Moskvanın orbitindən çıxa bilmədiyini sübut edir. İkincisi, Paşinyan bilir ki, ABŞ və Qərb platformalarında onu ciddi qəbul etmirlər. Ermənistanı zəif, iqtisadi gücü olmayan və regional sabitlikdə mənfi rol oynayan ölkə kimi görürlər. Ən maraqlısı budur ki, Tramp və Əliyev arasında dialoq gedən bir vaxtda Paşinyan Putinə jest edir. Bu, əslində, Ermənistanın geosiyasi oyun masasında özünü kənara atmasıdır. Paşinyanın ABŞ-a getməməsi Vaşinqtona açıq mesajdır: Ermənistan hələ də Moskvaya bağlıdır və onun real müstəqil qərarvermə qabiliyyəti yoxdur. Halbuki indi BMT-də olmaq Ermənistanın öz mövqeyini dünya qarşısında göstərməsi üçün yeganə fürsət idi”.

STM təmsilçisi vurğulayıb ki, Paşinyanın Moskvaya uçması daxili auditoriyaya da hesablanmış addımdır: “O, erməni cəmiyyətinə göstərmək istəyir ki, guya hələ də Rusiya ilə əlaqələr davam edir və Kreml onu qəbul edir. Amma bu, əslində, təhlükəli bir illüziyadır. Çünki Moskva Paşinyana inanmır, onu etibarsız tərəfdaş kimi görür. Putin üçün Paşinyanın iştirakı yalnız formal görüntüdür. Rusiya Ermənistanı itirmək istəmir, amma Paşinyanın Qərbə meylləri səbəbindən ona tam da etibar etmir. BMT tribunasında görünməmək həm də Ermənistanın beynəlxalq nüfuzunu daha da zəiflədir. Bu ölkənin xarici siyasəti bir tərəfdən Brüsselə, digər tərəfdən Moskvaya yönələn ziqzaqlardan ibarətdir. Amma belə ziddiyyətli kurs Ermənistanın reytinqini yüksəltmək əvəzinə, onu daha da təcrid edir. Paşinyanın indi ABŞ-da olmaması Ermənistanın Qərb gözündəki dəyərini endirir”.

Ekspert Azərbaycanın tam fərqli mövqedə olduğunu xüsusi vurğulayıb: “Prezident İlham Əliyev BMT kimi böyük platformada həm ABŞ lideri, həm də digər dövlət başçıları ilə danışıqlar aparır. Bu, Azərbaycanın diplomatik çəkisini bir daha təsdiqləyir. Trampın Əliyevlə görüşmək təşəbbüsü göstərməsi Bakının beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Ermənistan isə özünü kənara çəkərək geosiyasi yarışdan uzaqlaşır”.

Siyasi ekspertin fikrincə, Paşinyanın seçimi həm də gələcək münaqişə sonrası sülh prosesinə təsirsiz ötüşməyəcək: “ABŞ və Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Azərbaycanla Ermənistan arasında mümkün danışıqlar üçün əsas platforma məhz Qərbdir. Paşinyanın bu prosesdən kənarda qalması Ermənistanın maraqlarına ziddir. Çünki o, özünü sülh masasında zəif tərəf kimi göstərir. Əslində, Paşinyan indi ciddi bir dilemmanın içindədir: ya Qərbin yanında dayanacaq, ya da Rusiya orbitinə qapanacaq. O, hər iki tərəfə oynamaq istəyir, amma nəticədə heç birinin etimadını qazanmır. Paşinyan Moskvada görünməklə Qərbin gözündə nüfuzunu itirir, Nyu-Yorka getməməklə isə Ermənistanın diplomatik kanallarını daraldır”.

T.İsmayılov əminliklə bildirib ki, Paşinyanın bu qərarı tarixi səhvdir: “Çünki dövlət başçılarının yeri BMT Baş Assambleyasıdır, Moskvada texniki bir yubiley tədbiri yox. O, öz ölkəsinin gələcəyini “təmtəraqlı”, amma strateji baxımdan boş bir tədbirə qurban verdi. Gerçəklik budur: Paşinyan hələ də geosiyasi cəsarət göstərmək iqtidarında deyil. Onun siyasəti risklərdən qaçmaq, amma nəticədə bütün fürsətləri itirmək üzərində qurulub. Bu isə Ermənistanı daha da zəiflədir və Azərbaycanla müqayisədə onu dalana dirəyir. Azərbaycan lideri dünyanın diqqət mərkəzindədir, Paşinyan isə periferiyada, köhnə Moskva tədbirlərinin fonunda görünür. Paşinyan Putini Trampdan üstün tutmadı, sadəcə, cəsarətsizliyi və qeyri-müstəqilliyi onu buna məcbur etdi. O, nə Qərb liderlərinin tribunasında söz deyə bildi, nə də Moskvanın tam güvənini qazandı. Bu, Ermənistanın gələcəkdə diplomatik təcridinin daha da dərinləşəcəyini göstərir”.

Yazı çapa hazırlanarkən məlumat yayıldı ki, N.Paşinyan Moskvadan Nyu-Yorka yollanır. Bu barədə baş nazir özü sosial şəbəkədə məlumat paylaşıb. Görünür yenə də peşman olub. Amma bəlkə də çox gecdir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri