Paşinyan: “Onların uşaqları “Bayraktar”lar altında ölməli idilər” VİDEO
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifət nümayəndələri ilə polemikasına dair daha bir video paylaşılıb.
“Cebheinfo.az” xəbər verir ki, parlamentdə çıxış edərkən o, "Güclü Ermənistan" fraksiyasından olan millət vəkili Anuş Mirzoyanla mübahisəyə girişib.
"Güclü Ermənistan" fraksiyasından olan Anuş Mirzoyan bildirib:
"Erməni anaları və ataları oğullarının Türkiyə "Bayraktar"ları altında ölməsini istəmirdilər".
Paşinyan cavab olaraq bu məsələni "Qarabağ hərəkatı"nın davam etdirilməsinin nəticələri ilə əlaqələndirib:
"Bəli, haqlısınız. Amma "Qarabağ hərəkatı" mövcud olduğu müddətcə, insanlar istəsələr də, istəməsələr də, onların uşaqları "Bayraktar"lar altında ölməli idilər. Mən uşaqlarımla başqaları arasında heç bir fərq qoymadım, çünki bu ideyaya inanırdım. Amma dövlət başçısı kimi mən də həqiqətlə üzləşdim: problemimizin nə olduğunu görməliyik. Bəyan edirəm ki, Ermənistan "Qarabağ hərəkatı"ndan imtina edir".
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















