Paşinyan ordudakı cinayətlərdən DANIŞDI: “Buna görə baş verir” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, orduda baş verən cinayətlərin əhəmiyyətli hissəsi cəmiyyətə sirayət etmiş “cinayətkar anlayışlardan” və ya kriminal subkulturanın təsirindən qaynaqlanır.
KONKRET.az xəbər verir ki, bu fikri o, 2025–2028-ci illər üçün nəzərdə tutulan gender bərabərliyi strategiyasının müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, “kriminal subkultura” adlandırılan bu anlayış gənclərin təhsilində, hərbi xidmətdə və sonrakı əmək fəaliyyətlərində ciddi maneələr yaradır.
Paşinyan keçmişdə cəzaçəkmə müəssisəsində keçirdiyi vaxtlara istinad edərək, kriminal subkulturanın insanı zəiflətməyə, onu iradə, zəka və müstəqillikdən məhrum etməyə xidmət göstərdiyini vurğulayıb.
“Ordudakı problemlərin əhəmiyyətli bir hissəsi də bu zərərli anlayışlardan qaynaqlanır və cinayətlərin əsas səbəblərindən birinə çevrilir”, – deyə Paşinyan vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















