Paşinyan sabiq erməni deputatla bağlı QƏRAR VERDİ Akopyanı nə gözləyir? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan girov müqabilində həbsdən azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bu gün keçirilən məhkəmə prosesində müdafiə tərəfi Akopyana qarşı cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırsa da, hakim bunu təmin etməyib. İttiham tərəfi onun həbs müddətinin daha 2 ay uzadılmasını tələb edib. Müdafiə tərəfi isə həbs qətimkan tədbirinin ləğvi ilə bağlı müraciət ünvanlayıb.
Nəticədə hakim həbs qətimkan tədbirini dəyişdirərək Akopyanın girov qarşılığında azadlığa buraxılması barədə qərar çıxarıb.
Xatırladaq ki, avqustun 8-də Ruben Akopyana qarşı ittiham aktı məhkəməyə təqdim edilib. O, Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə, kütləvi informasiya vasitələrindən istifadə edərək hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə çağırışlar etməkdə ittiham olunur.
Ruben Akopyan dörd çağırış Ermənistan parlamentinin deputatı olub, 2000–2008-ci illərdə isə Ermənistanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsində çalışıb.
Aynurə İsmayıl
KONKRET.az


