Paşinyan türk mahnısı ilə maraqlandı, Azərbaycanın adını çəkdi VİDEO
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Türkiyəli bloqer və səyyah Hamdi İhtiyar Ermənistanın Baş naziri Nikol Paşinyanla maraqlı söhbətini paylaşıb.
Turkustan.az xəbər verir ki, dialoq zamanı səmimi anlar yaşanıb, eyni zamanda regional əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.
Özəlliklə, Nikol Paşinyanın fonda səslənən türk mahnısı ilə maraqlanması diqqət çəkib.
Belə ki, o, musiqinin siyasi məqsəd daşıyıb-daşımadığını soruşub.
Hamdi İhtiyar isə bunun Türkiyənin məşhur ulduzu Tarkanın “Kiss Kiss” mahnısı olduğunu deyib, ardınca ifaçını tanıyıb-tanımadığını sorğulayıb. Paşinyan isə qarşılığında, “Əlbəttə, tanıyıram”, – deyə bildirib.
Daha sonra tərəflər qardaşlıq və sülh mesajları veriblər. Belə ki, Hamdi İhtiyar Türkiyə ilə Ermənistan arasında yaxşı münasibətlərin qurulduğunu və bundan məmnunluq duyduğunu qeyd edərək, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyənin bölgədə birgə fəaliyyət göstərməsinin bütün xalqların xeyrinə olacağını vurğulayıb.
Nikol Paşinyan da əməkdaşlıq, sülh və rifah istiqamətində işləməyin vacibliyini qeyd edərək, hazırda bu yolda irəlilədiklərini bildirib.
Dialoqun sonunda Hamdi İhtiyar zarafatla COP31-in simvolu olan “Karetta-karetta” tısbağasını Paşinyana göstərib və söhbət xoş ab-havada başa çatıb. /Globalinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















