Icma.az
close
up
RU
Paşinyan üçün həlqə DARALIR: Rusiya təzyiqləri, Qərb cazibəsi və kilsə SAVAŞI

Paşinyan üçün həlqə DARALIR: Rusiya təzyiqləri, Qərb cazibəsi və kilsə SAVAŞI

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Təzyiqlər fonunda Paşinyan Qərbə yaxınlaşmaq istədiyi qədər Rusiya ilə balanslı siyasət də aparmağa çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan işgüzar səfərini şərh edib.

Siyasi şərhçi bildirib ki, Paşinyanın Rusiyaya səfərində məqsəd təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunan konfransda iştirak olsa da təbii ki, müəyyən siyasi müzakirələrin də aparılacağı istisna deyil:

“Necə deyərlər, həm də Paşinyan Putinin əlinə tez-tez düşmür. Məlumdur ki, Rusiya-Ermənistan münasibətləri birmənalı deyil. Bu münasibətlər ziqzaqvari hərəkətlənir. Gah böhran, gah müvəqqəti stabillik müşahidə olunur. Hər iki tərəf bir-birinə qarşı müxtəlif təzyiqlərdən istifadə edir. Dəfələrlə Lavrov, Zaxarova tərəfindən Ermənistanın hədələnməsinin şahidi olumuşuq. Rusiya Ermənistanı birmənalı şəkildə öz orbitində saxlamaqda israrlıdır. Cənubi Qafqazda söz sahibi olmaq, regionda təsir gücünü qorumaq üçün Ermənistan Rusiyanın sonuncu dayanacağıdır”.

Onun sözlərinə görə, hazırda Paşinyan da müqavimət göstərir:

“Revanşistlərin bacarmadığını görüb indi kilsəni hücuma buraxıblar. Ona görə də həmin səfərdə qapalı da olsa müxtəlif müzakirələrin və hətta Rusiya tərəfindən hədələrin də olacağı gözləniləndir. Xüsusilə Rusiya üçün bir sıra qaranlıq məqamlar var ki, onlara aydınlıq gətirməyə çalışacaqlar. Paşinyanın Türkiyəyə səfəri və Ərdoğanla görüşməsi, daha sonra Prezident İlham Əliyevlə Əbu-Dabidə vasitəçilərsiz görüş, Zəngəzur dəhlizi ilə bağlı yeni fikir, yəni ABŞ-yə icarəyə verilməsi ideyası, Ermənistanın KTMT-dən çıxması ilə bağlı səsləndirilən fikirlərin müzakirə mövzusu olacağı şübhəsizdir”.

R. Becanovun fikrincə, bu müzakirələr Ermənistanın da marağındadır:

“Paşinyan öz yanaşmalarını əsaslandırmağa çalışacaq ki, Rusiyanın birbaşa təzyiqlərindən yayınsın. Kilsə ilə qarşıdurma Paşinyanı bu mübarizədən qalib çıxmaq üçün Rusiya ilə balansı qorumağa məcbur edir. Rusiyanın Ermənistanda təsir qüvvəsi görünəndən də çoxdur. Digər tərəfdən son günlər Rusiya Ermənistandakı hərbi bazasına təyyarələrlə müxtəlif təyinatlı yüklər və canlı qüvvə daşıyır. Erməni diasporunun güclü olduğu Rostov, Stavropol,  Krasnodar bölgələrindən xüsusi muzdlular yığılır və onlara yüksək ödəniş təklif edilir. Bəzi məlumatlara görə, onlara Ukrayna cəbhəsinə deyil, cənuba gedəcəkləri deyilir. Bütün bunlar Ermənistana görünən təzyiqlərdir”.

“Bu təzyiqlər fonunda Paşinyan Qərbə yaxınlaşmaq istədiyi qədər Rusiya ilə balanslı siyasət də aparmağa çalışır. Ona görə də Paşinyan da bu məsələlərdə müəyyən aydınlaşdırmalar olmasına çalışcaq ki, gələcək siyasi xəttini davam etdirə bilsin. Çünki kilsə ilə qarşıdurma finişə doğru gedir. Hər iki tərəf ətrafdan əlavə güc almağa və söykənməyə sığınacaq axtarır”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri