Icma.az
close
up
RU
Paşinyan Vardanyana yardım əlini niyə uzatmadı? Deputat DANIŞDI

Paşinyan Vardanyana yardım əlini niyə uzatmadı? Deputat DANIŞDI

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ermənistanda seçkilər yaxınlaşdıqca hər kəs bir şəkildə yaranan fürsətdən istifadə etmək istəyir. Nikol Paşinyan üçün bu dəqiqə ən vacib məsələ seçkidə qalibiyyətini təmin etməkdir. Aydın görür ki, Rusiyanın daxili proseslərə son dərəcə qarışması fonunda Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək ona xeyir gətirməyəcək."
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, hər nə qədər Ruben Vardanyan və ailəsi üçün qarşıda duran əsas məsələ onun azadlığına qovuşması olsa da, Paşinyanın prioriteti bəllidir:

"Məsələ həm də ondan ibarətdir ki, Rusiyanın dəstəklədiyi və İrəvanın mərkəzinə yerləşdirmək istədiyi fiqur olaraq Ruben Vardanyana qarşı Nikol Paşinyanın fikri, xüsusilə seçki öncəsi, bunun əksi ola bilməz. Belə olan halda Paşinyanın, Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi baxımından istər Trampa müraciətlə bağlı xahişi rədd etməsi, istərsə də bir şəkildə Trampın ailə üzvləri vasitəsilə ABŞ liderinə “çıxması” ilə bağlı yanaşmasının cavabları aydın olur.
Söz-söhbətlərə gəldikdə isə — guya Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacaq, xahiş ünvana birbaşa gəldikdən sonra bu, ondan lazımi məqamlarda yararlanmaq fürsəti deməkdir. Hər bir halda bu siyasətdir. Eynilə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyantsın müraciəti Nikol Paşinyana çatdırıb rədd cavabı alması kimi. Yəni, seçki öncəsi Paşinyan erməni diasporunu da çox qızışdırmaq istəmir və onların da hədəf oxlarını özündən uzaqlaşdırmaq istəyir. Paşinyan birinci onu dərk edir ki, istər bu müraciət, istərsə də istənilən yanlış addım Azərbaycanla sülh müqaviləsinə kölgə salacaq ki, indiki dövrdə daha çox olsa da, sonrakı mərhələdə də bu ona lazım deyil".
Deputat bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycan–ABŞ əlaqələri Bayden hakimiyyəti dövründən tamamilə fərqlənir:
"İlkin etapda o səviyyəyə düşməsi mümkün deyilsə, daha da yüksəlməsinin sadəcə ehtimalı deyil, ən əsası səbəbləri və perspektivləri böyükdür. Tramp böyük məsələlərdə, layihələrdə maraqlıdır. ABŞ-ın da dəhlizlərə nəzarət məsələsinin müzakirələr predmetinə qalxdığı bir zamanda Tramp xırda işləri və artıq lazım olmayan fiqurları əlinin tərsi ilə geri çevirəcək. Bu baxımdan Trampın bu məsələyə qarışmaq ehtimalı real deyil".
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyul 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri