Icma.az
close
up
RU
Paşinyan və erməni kilsəsi: Dəyişimin açarı nə ola bilər?

Paşinyan və erməni kilsəsi: Dəyişimin açarı nə ola bilər?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Nikol Paşinyanın hər bazar günü liturgiyada iştirak edəcəyini açıqlaması Ermənistan siyasətində həm dini, həm də ideoloji müzakirələri yenidən aktuallaşdırıb.

Bu bəyanat həm ölkə ictimaiyyətində Paşinyanın şəxsi dindarlığına dair suallar doğurur, həm də onun siyasi strategiyası və elektoratla münasibətinə işıq tutur.

Analitiklər bu addımı Paşinyanın ictimai imicini möhkəmləndirməyə və seçicilərin dini dəyərlərinə yönəlmiş mesaj verməyə hesabladığını vurğulayırlar. Eyni zamanda, bu qərar Ermənistan Kilsəsi ilə hökumət arasında yeni qarşıdurmaların ortaya çıxma ehtimalını gündəmə gətirir.

Paşinyanın dini ritualara qatılması yalnız fərdi iman məsələsi yox, həm də ölkənin siyasi və sosial dinamikasını təsir edə biləcək mühüm bir addımdır.

 Ermənistan kilsəsi ilə hökumət arasında yeni qarşıdurma yarana bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Paşinyanın dini ayinlərdə iştirak etməsi onun birbaşa kilsəyə və ya dinə qarşı olmadığını, əksinə kifayət qədər dindar olduğunu və Ermənistanın dini dəyərlərinə hörmət etdiyini göstərir: 

"Kilisə və müəyyən dairələrin propaqandası isə çalışır ki, Paşinyanın dinsiz olduğu, kilisəyə qarşı olduğu imicini yaratsın. Bu, əslində, çox təhlükəli bir tendensiyadır".

Onun sözlərinə görə, Ermənistanda kilsə və din amili hətta dövlətin özündən də yüksək səviyyədə qiymətləndirilir: 

"Tarix boyunca Ermənistan dövlətinin olmadığı dövrlərdə erməni kilisəsi fəaliyyət göstərib və kilsə milli birliyin qorunmasında mühüm rol oynayıb. Ermənistan kilsəsi erməni etnosu ilə sıx bağlıdır. Bu baxımdan kilsə dövlətin üzərində sayılır və erməni xalqının varlıq mənbəyi hesab edilir".

Turan Rzayev: Paşinyanın intensiv iştirak etdiyi səfərlər təhlükəli ola bilər

Həmsöhbətimiz qeyd edib ki, belə bir kontekstdə, Paşinyanın atdığı addımlar çox riskli olsa da, uğurlu nəticələrə də gətirib çıxara bilər:

"Əgər Paşinyan kilsənin nüfuzunu azalda və dövlətin rolunu gücləndirə bilsə, bu, Ermənistanda köklü dəyişikliklərə səbəb ola bilər. Çünki erməni kilisəsi həm keçmiş ideologiyanın, həm də işğalçı planların əsas mənbəyidir. Paşinyan isə yeni Ermənistan ideologiyası əsasında daha realistik və praqmatik addımlar atmaq niyyətindədir".

Turan Rzayev onu da əlavə edib ki, kilsənin nüfuzunun tənzimlənməsi vacibdir. Bu addımlar eyni zamanda propaqandanın əsaslı olmadığını isbatlamağa da xidmət edir. Belə yanaşma cəsarətli, lakin yerində atılmış bir addımdır:

"Təbii ki, risklər də mövcuddur. Əgər kilisədə təhlükəsizlik tədbirləri kifayət qədər təmin edilməzsə, Paşinyanın intensiv iştirak etdiyi səfərlər təhlükəli ola bilər və onu aradan götürmək istəyən qüvvələr hərəkətə keçə bilər. Kilisəyə silah gətirmək və ya qətil törətmək isə inanc baxımından günahdır. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, artıq Rusiyadan da Paşinyana qarşı bəzi şüarlar səslənməkdədir".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri