Paşinyan və Koşta Münxendə Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə ediblər
Report.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta fevralın 14-də Münxen konfransı çərçivəsində görüş keçirərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə N.Paşinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Münxen konfransının kuluarlarında Avropa İttifaqı Şurasının prezidenti ilə fikir mübadiləsi aparılıb. Biz son regional hadisələr, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə müzakirələr apardıq", - o bildirib.
N.Paşinyan həmçinin qeyd edib ki, görüşdə tərəfdaşlığın əsas məsələləri nəzərdən keçirilib.

Paşinyan Kallasla Ermənistan Azərbaycan sülh prosesini müzakirə edib
30 İyun 2025 21:05
Lavrov və Mirzoyan Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
21 Yanvar 2025 04:00
Ərdoğan Paşinyanla Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edib YENİLƏNİB
05 İyun 2025 15:35
Paşinyan Koopmanla normallaşma prosesini müzakirə etdi
13 May 2025 19:56
Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan Ermənistan normallaşma prosesini müzakirə edib
03 Aprel 2025 14:25

