Icma.az
close
up
RU
Paşinyan yolun açılmasına razıdır, AMMA: “Bununla bağlı Azərbaycanın tələbi yerinə yetirilməlidir”

Paşinyan yolun açılmasına razıdır, AMMA: “Bununla bağlı Azərbaycanın tələbi yerinə yetirilməlidir”

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Paşinyan yüklərin öz ərazisindən Türkiyə və Avropaya daşınması ilə əldə edə biləcəyi tranzit ödəmələri ilə ölkəsinin iqtisadiyyatını ayaqda saxlamağa çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Millət Paşinyanın Azərbaycanla kommunikasiya yaratmaq üçün verdiyi təkliflər barədə danışıb.

O hesab edir ki, Paşinyanın dedikləri reallıq deyil, əksinə, ümumi sözlərdən ibarətdir:

“Nə kommunikasiyaların açılmasında, nə də sülhün əldə olunmasında son 5 ildə Paşinyanın səsləndirdiyi fikirlər ümumi sözlərdən başqa bir şey deyil. Son açıqlaması da elə əvvəlki açıqlamasının bir növ davamıdır. Yollar, kommunikasiyalar açıqdır, beynəlxalq hüquq və s. Bunlar ümumi fikirlərdir, amma biz bilirik ki, ilk növbədə, bununla bağlı Azərbaycanın mövqeyi, tələbi yerinə yetirilməlidir. Ona görə ki, burada maneəsiz keçidlə bağlı Ermənistanın öhdəliyi var. İkincisi, dünya təcrübəsində bənzər praktika var: üçüncü ölkənin ərazisindən keçməklə, bir ölkənin bir ərazisindən digər ərazisinə getməklə bağlı konkret təcrübə var. Yaxşı olar ki, Paşinyan bu konkret təcrübədən və onun mexanizmlərindən danışsın”.

H. Babaoğlu Azərbaycanın bir ərazisindən digərinə keçidin təmin edilməsi ilə bağlı dünya təcrübəsindən danışaraq, Paşinyanı bu təcrübəyə əməl etməyə çağırıb:

“Digər məsələ ondan ibarətdir ki, ümumi şəkildə, əgər kommunikasiyaların işlənməsi ilə bağlı beynəlxalq hüquqi sənədlərdən söhbət gedirsə, burada beynəlxalq hüququn tətbiq olunacağı məsələ başqa bir məsələdir. Yəni söhbət Azərbaycanın ərazisindən digər ərazisinə getməkdən gedirsə, burada əlbəttə ki, bu vəziyyət beynəlxalq hüququn predmeti olmaqdan çıxır, unikal və fərdi yanaşma tələb edir. Dünyada bunun bir neçə təcrübəsi var. Əgər Paşinyan kommunikasiyaları açmaq istəyirsə belə təcrübələrdən danışsın ya da Azərbaycan və Ermənistan özü yeni təcrübə yarada bilər. Düşünürəm ki, bu şəkildə fikir bildirmək doğru deyil, əksinə kommunikasiyaların açılmasına mane törətməkdir”.

Sonda “sülh kəsişməsi” layihəsindən danışan deputat hesab edir ki, Paşinyan hökuməti yüklərin Ermənistan ərazisindən Türkiyə və Avropaya daşınmasından qazanmaq istədiyi gəlirlə özgəsinin iqtisadiyyatını ayaqda saxlamaq fikrindədir:

“Məsələnin başqa tərəfi, Ermənistanın irəli sürdüyü “sülh kəsişməsi” layihəsidir. Bu layihə Paşinyan tərəfindən tamamən iqtisadi dividentlərin əldə olunmasına hesablanıb. Paşinyan Azərbaycanın üzərinə öhdəlik qoymaq istəyir ki, yüklər Ermənistan ərazisində Türkiyəyə və Avropaya daşınmaqla Ermənistan ərazisində tranzit ödənişləri edilməklə öz iqtisadiyyatlarını ayaq üstdə saxlaya bilsin. Bunun üçün isə Ermənistanın da müəyyən addımlar atması vacibdir. Maneəsiz keçidlə bağlı öz öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə, Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın bu layihəsi kağız parçasından başqa bir şey deyil. Yalnız Azərbaycan buna diqqət yetirərsə və bunun realizə olunması üçün addımlar atarsa, bu, bir sənədə çevrilə bilər. Yaxşı olar ki, Paşinyan bu barədə fikirləşsin və real təkliflər versin. Əks təqdirdə bu yenə də yalançı sülh gündəmi yaratmaqdan başqa bir şey deyil”.

Yenicag.az

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri