Icma.az
close
up
RU
Paşinyana hər şey olar? Seçkiöncəsi müxalifət sərt şəkildə aradan qaldırılır

Paşinyana hər şey olar? Seçkiöncəsi müxalifət sərt şəkildə aradan qaldırılır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan İstintaq Komitəsi (İK) arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə" hərəkatı tərəfindən təşkil olunduğu iddia edilən dövlət çevrilişinə cəhdin qarşısını aldıqlarını açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan bunu ölkədə sabitliyi pozmağa yönəlmiş "cinayətkar oliqarxik ruhaniyyətin" genişmiqyaslı və zəhərli planı adlandırıb. Bəs o, niyə kilsəyə qarşı müharibə elan edib? Paşinyan müxalifəti aradan qaldıraraq seçkilər ərəfəsində bu yolla siyasi meydanı təmizləyir? Əgər belədirsə, onda Qərb niyə demokratiyanın pozulmasına susur?

Oxu.Az xəbər verir ki, NEWS.ru bu məsələyə aydınlıq gətirib.

Arxiyepiskop Baqrat Qalstanyan və "Müqəddəs mübarizə" hərəkatı nədə ittiham olunurlar?

İyunun 25-də Ermənistan İK "Müqəddəs mübarizə" hərəkatını terror aktları hazırlamaq və hakimiyyəti zor gücünə devirmək niyyətində olmaqda ittiham edib. Bu hərəkat 2024-cü ilin yayında Ermənistan Apostol Kilsəsinin (EAK) arxiyepiskopu Baqrat (Vazgen Qalstanyan) tərəfindən yaradılıb.

İK-nın versiyasına görə, hərəkatın üzvləri terror aktları və hakimiyyətin ələ keçirilməsi məqsədilə hər biri 25 nəfərdən ibarət 200-250 zərbə dəstəsi formalaşdırmağı planlaşdırıb. İddia olunur ki, onlar mülki şəxslərin qətlə yetirilməsi, nəqliyyat və enerji infrastrukturunun fəaliyyətinin iflic edilməsi üçün diversiyalar, dövlət və güc strukturlarının fəaliyyətinin bloklanması, dövlət qurumlarının saytlarına haker hücumları hazırlayırmışlar. Hüquq-mühafizə orqanlarının sözlərinə görə, bu planların reallaşdırılması üçün təxminən 1 000 nəfər cəlb olunub.

Arxiyepiskop Baqrat Qalstanyan hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları tərəfindən saxlanılıb. Jurnalistlərin məlumatına görə, onu yaşadığı yerdən çıxarıb naməlum istiqamətə aparıblar.

İrəvanda Ermənistan İstintaq Komitəsinin binası qarşısında polis. 2024-cü ildə "Müqəddəs mübarizə" hərəkatının lideri olan arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyalarına başçılıq etmişdi. 25 iyun 2025-ci ildə İK bəyan etdi ki, hərəkat terror aktlarına və hakimiyyəti ələ keçirməyə hazırlaşırmış.

Daha əvvəl Baqrat Qalstanyan bəyan etmişdi ki, Paşinyanın 2026-cı ildə keçiriləcək seçkidə iştirakına imkan verməyəcəklər:

"Biz buna yol verməyəcəyik. Çünki xalqın belə bir əhvali-ruhiyyəsi və istəyi yoxdur. Qiymətləndirmələrimiz bu baxımdan üst-üstə düşmür. Seçki hazırlığı və digər məsələlərə gəldikdə isə buyursunlar, sınasınlar", - deyə o bildirib.

Bundan əlavə, təhlükəsizlik orqanları Eçmiədzində müxalifət tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparıb və Qarabağ parlamentinin sabiq deputatı David Qalstanyanı saxlayıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan Respublikasında vəziyyəti gərginləşdirmək və hakimiyyəti ələ keçirmək məqsədi daşıyan "cinayətkar oliqarxik ruhaniyyətin" genişmiqyaslı və zəhərli planının qarşısını alıblar", - deyə Paşinyan hüquq-mühafizə orqanlarının fəaliyyətini şərh edib.

Politoloq Sergey Markovun fikrincə, Paşinyan bu addımları ilə Ermənistandakı ənənəvi Rusiya tərəfdarı olan kilsəyə qarşı yönəlmiş zərbə endirir:

"Görünür ki, Paşinyan indi əsas zərbəni Ermənistan Apostol Kilsəsinə endirir. EAK Rusiyaya çox müsbət yanaşır. Bu səbəbdən, görünür ki, Paşinyanın göstərişi ilə aparılan bu həbslər həm də Rusiyaya qarşı yönəlib".

Niyə Paşinyan erməni kilsəsini ləkələməyə çalışır?

24 iyun tarixində baş nazir Paşinyan bütün ermənilərin katolikosu II Qareginin onun sünnət olunması ilə bağlı ittihamlarını rədd edib və əksini sübut etməyə hazır olduğunu bildirib.

Daha əvvəl isə o, katolikosu subaylıq andını pozmaqda günahlandırıb və məsələnin təxirəsalınmaz qaydada aydınlaşdırılmalı olduğunu bəyan edib.

Ötən həftə II Qaregin Paşinyanı ruhaniləri və EAK-ı gözdən salmağa çalışmaqda, kilsənin səsini susdurmaqda və onun cəmiyyətdəki yüksək nüfuzunu azaltmaqda ittiham edib. Eçmiədzində keçirilən Kilsə Məclisi isə Ermənistan hakimiyyətlərinin başladığı antikilsə kampaniyasını pisləyib.

"Ermənistan Respublikası hakimiyyətlərinin antikilsə və antimilli kursunun müxtəlif təzahürlərini qəbuledilməz və qınanmalı hesab edirik. Bütün ermənilərin katolikosuna və bütün ruhanilərə qarşı yönəlmiş hücumlara son qoymağa çağırırıq. Bu hücumlar erməni xalqının dini və mənəvi hisslərini təhqir edir, ictimai həmrəyliyi təhlükə altına salır və xalqımızın, dövlətimizin və dövlətçiliyimizin təhlükəsizliyinə ağır zərər vura bilər", - deyə məclis iştirakçıları bəyan ediblər.

Eçmiədzində ruhanilər məclis keçirərkən "hakimiyyəti ələ keçirməyə çağırış" ittihamı ilə erməniəsilli rusiyalı milyarder, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan da həbs olunub. O, Paşinyanı EAK-a qarşı sərt hücumlarına görə kəskin tənqid etmişdi. Biznesmen baş naziri və onun ətrafını Ermənistanın minillik tarixi və kilsəsinə qarşı hörmətsizlikdə ittiham edib və belə deyib:

"Əgər siyasətçilər bacarmasa, biz antikilsə kampaniyasına öz üsulumuzla müdaxilə edəcəyik".

Politoloq, Maliyyə Universitetinin dosenti Gevork Mirzayanın sözlərinə görə, erməni kilsəsi xalq arasında böyük nüfuza malikdir.

"Əgər ilahiyyatçılar baş naziri tənqid etsələr, xalq onları dinləyə bilər. Buna görə də onlar təhlükəlidirlər. Eləcə də iş adamı və xeyriyyəçi Samvel Karapetyan təhlükəlidir", - deyə o əlavə edib.

O qeyd etdi ki, erməni hakimiyyəti artıq arxiyepiskop Baqrata qarşı repressiyalara başlayıb.

"Bundan əlavə, Paşinyan katolikos II Qareginə, demək olar ki, cinayət işləri ilə hədələyir və ona qarşı tamamilə ləyaqətsiz sözlər işlədir. Siyasətçi mövqelərinin kifayət qədər gücləndiyi qənaətinə gələndə, o, Baqratı həbs etməyə və ya II Qareginə qarşı cinayət təqibinə başlamağa cəhd edəcək", - deyə ekspert əlavə edib.

EAK ruhanisinə qarşı ittihamların arxasında nə dayanır?

"Müqəddəs mübarizə" hərəkatının lideri, "Ana Ermənistan" hərəkatının rəhbəri Andranik Tevanyan bildirib ki, hökumətin EAK və onun tərəfdarlarına qarşı apardığı kampaniya və dövlət çevrilişinə hazırlıqla bağlı ittihamlar siyasi təqibdən başqa bir şey deyil:

"Çevriliş hazırlığı" işi kilsənin gözdən salınması, Samvel Karapetyanın həbsi və digər addımlarla başlayan bir prosesin davamıdır. Paşinyan bu yolla seçkilərə hazırlaşır və onları saxtalaşdırmaq niyyətindədir. Amma bu baş tutmayacaq. O, Gürcüstandakı Saakaşvili kimi öz müxalifətinə qarşı mübarizə aparır və onun da siyasi karyerası yaxşı sonlanmadı. Ermənistanda da eyni şey baş verir".

Tevanyan əlavə edib ki, yaxın vaxtlarda Paşinyan hətta "özünə qarşı sui-qəsd təşkil edə" bilər:

"Avtoritar rejimlər bir-birinə bənzəyir. Paşinyanın əməlləri Ermənistanın imicinə zərbə vurur. O, hakimiyyəti və mülkiyyətini itirmək qorxusundan təqib maniyasına düşüb. Bu isə onu qanunsuz addımlar atmağa vadar edir".

Mirzayan isə bildirir ki, Paşinyan olduqca çətin vəziyyətdədir:

"Onun qarşısında Türkiyə ilə münasibətlərin normallaşdırılması, Rusiya-Ermənistan əlaqələrinin daha da gərginləşməsi və Moskvaya yaxın inteqrasiya qurumlarından çıxmaq kimi çətin qərarlar var. Belə bir şəraitdə o, daxili müxalifəti maksimum dərəcədə təmizləməli və hakimiyyəti öz ətrafında cəmləşdirməlidir".

Politoloqun sözlərinə görə, EAK Paşinyanın ölkəni hara apardığını yaxşı anlayır və "erməni tarixində daim dövlətçiliyin və kimliyin qoruyucusu olmuş kilsə" olaraq buna qarşı çıxır:

"Paşinyanın məqsədi - Ermənistan kilsəsini maksimum gözdən salmaqdır. Buna görə də kilsəyə dəstək verənlərin guya çevriliş planlaşdırdığı barədə bəyanatlar səslənir. Bu da Paşinyana siyasi rəqiblərinə qarşı repressiyaları sərtləşdirmək imkanı verir".

Qərb Ermənistandakı siyasi repressiyalara niyə reaksiya vermir?

Tevanyan Qərbin susqunluğunu ikili standartların göstəricisi adlandırıb.

"Axı digər hallarda hüquq müdafiəçiləri insan haqlarının hər hansı xəyali pozuntusuna görə hay-küy salırdılar, saçlarını yolurdular. Amma indi əsl hüquq pozuntusu baş verir və onlar susurlar. Qərb strukturları insan haqlarını qətiyyən qorumur", - deyə o bəyan edib.

Mirzayanın fikrincə, Qərb siyasətçilərinin susmasının səbəbi ondan ibarətdir ki, Paşinyan onların adamıdır, EAK isə onlara yaxın deyil:

"Qərb ümumiyyətlə bu məsələyə qarışmaq istəmir. Niyə özünü ifşa etməlidir ki? Niyə əhalinin bir hissəsini özünə qarşı qaldırmalıdır? Onsuz da Paşinyan onların əvəzindən hər şeyi edir. O, rusiyapərəst və ermənipərəst müxalifətin məhv edilməsi və parçalara ayrılması üzrə ona verilmiş tapşırığın öhdəsindən gəlir", - deyə politoloq vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri