Icma.az
close
up
RU
Paşinyandan 28 may ANONSU Mesaj kimədir?

Paşinyandan 28 may ANONSU Mesaj kimədir?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Mayın 28-də İrəvanın Respublika meydanında keçiriləcək paraddan sonra insanların yeni ordunu görüb onunla fəxr edə bilməsi üçün hərbi texnika bütün gün Tiqran Mets prospektində düzüləcək”. Bunu Ermənistanın hazırda tətildə olan Baş naziri, hakim “Mülki Müqavilə” Partiyasının parlament namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistanın keyfiyyətli yeni silahlara və yeni məntiqə malik ordusu var. Paşinyan vətəndaşları 28 mayda Respublika meydanına gəlməyə və hər şeyi öz gözləri ilə görməyə çağırıb. O, hakimiyyətin ən böyük nailiyyətinin sülhün bərqərar edilməsi olduğunu söyləyib.

Bəs 28 may paradı daha çox kimə mesajdır – xaricə, yoxsa seçkilər öncəsi daxili auditoriyaya?

Qeyd edək ki, Ermənistan da mayın 28-i “müstəqillik günü” kimi qeyd edir.

Bakupost.az Musavat com-a istinadən xəbər verir ki, Ermənistan Fransadan ilk SEZAR artilleriya sistemlərini alıb və bu, sadəcə hərbi təchizat deyil: “Bu, Fransanın Parisin Rusiyanın təsirini zəiflətməyə və Ermənistanı uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevirməyə çalışdığı Cənubi Qafqaza daha genişmiqyaslı hücumunun bir hissəsidir”. Bildirilir ki, ilk SEZAR sistemləri artıq Ermənistanın əlindədir və Respublika Günü paradında təqdim edilməsi gözlənilir.

Hərbi ekspert Ramil Məmmədli parad keçirilməsini daha çox daxili auditoriyaya hesablanmış addım kimi qiymətləndirir. Paşinyanın seçkilərə lap az qalmış hərbi paradın keçirilməsi ilə cəmiyyətdə inam qazanmaq niyyətində olduğunu deyən hərbi təhlilçi hesab edir ki, xarici amillər də istisna deyil: "İlk növbədə psixoloji baryeri aşmaq mərhələsi kimi dəyərləndirmək lazımdır. 6 il əvvəl müharibədə darmadağın olan və biabırçı formada uduzan erməni ordusunu reabilitasiya etmək cəhdi görünməkdədir. Başqa tərəfdən, erməni xalqına ordunun güclü olduğunu nümayiş etdirmək istəyirlər. Çünki məğlubiyyət sindromu yaranıb və bu vəziyyətdən çıxa bilmirlər. Paşinyan isə göstərmək istəyir ki, yeni silahlar alınıb, Rusiyadan uzaqlaşmağa baxmayaraq, Fransa, Yunanıstan, Hindistan kimi tərəfdaşlar var, onların verdiyi hərbi texnikalarla arsenal guya gücləndirilib. Bununla Ermənistanın təhlükəsizlik sahəsində özünə yeni tərəfdaşlar tapdığını nümayiş etdirir. Ancaq düşünmürəm ki, hərbi parad yeni müharibəyə hazırlıq xarakteri daşıyır. Bu, Paşinyanın özünün, ordunun reputasiyasını yaxşılaşdırmaq cəhdidir".

R.Məmmədliyə görə, Fransa artilleriyasının nümayişi Rusiyaya bir işarə deməkdir: "Ermənistan Rusiyadan əvvəlki hərbi dəstəyi almır. Həmçinin KTMT-də fəaliyyətini bloklayıb, təlimlərində iştirak etmir. İndi hərbi paradla, orada, fransız silahları nümayiş etdirməklə göstərir ki, yeni tərəfdaşlar var, Rusiyaya, KTMT-yə ehtiyacı qalmayıb. Amma bu siyasətə ciddi problemlər yaradacaq. Baxaq görək, Paşinyan nə qədər belə davam edəcək. Azərbaycana gəldikdə isə hərbi parad bizi narahat etmir. Oradakı yeni silahların gücü də Azərbaycanı qorxutmur. Çünki daha güclü, qalib, peşəkar, motivasiyalı ordumuz, ən müasir silahlarımız, almağa davam etdiyimiz hərbi texnikalarımız var. Eyni zamanda, onlardan fərqli olaraq, öz hərbi sənaye kompleksimizi inkişaf etdirir, müxtəlif sərgilərdə öz silahlarımızı təqdim edirik".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 May 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see389

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see330

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see318

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see260

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see257

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see253

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see237

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see235

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see225

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see222

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see218

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see216

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see214

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see211

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see211

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see201

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see200

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see193

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see192

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri