Icma.az
close
up
RU
Paşinyandan 28 May təbriki Kiçilmək istəmiriksə...

Paşinyandan 28 May təbriki Kiçilmək istəmiriksə...

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nə qədər təzadlı görünsə də bu gün – mayın 28-də Ermənistan da müstəqillik gününü qeyd edir. Əgər qonşu kimi nanəcib olmasaydılar, zaman-zaman xalqımıza qarşı etnik təmizləmələr, düşmənçilik aparmasaydılar, digər böyük pisliklərə imza atmasaydılar, bəlkə də 28 Mayı haradasa tale ortaqlığının rəmzi kimi birgə bayram da edə bilərdik.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın indiki konstitusiyasında Ermənistan Respublikası “1-ci respublika”nın varisi elan edilməyib – Azərbaycan Respublikasından fərqli olaraq. Bu, əslində ovaxtkı müstəqilliyin xeyli dərəcədə formal olduğunun təzahürüdür.

Başqa ciddi səbəb də var: tarixçilər yaxşı bilər, “1-ci respublika”, lap dəqiqi, “Ermənistan-Ararat Respublikası” ərazicə hazırkı Ermənistanda qat-qat kiçik olub – 9 min kv km. Çünki həmin qondarma dövlətə, məsələn, Qərbi Zəngəzur daxil deyildi, ermənilər o torpaqları işğal edə bilməmişdilər. Qərbi Zəngəzuru yalnız bolşevik Rusiyası Azərbaycandan qopararaq (1920, noyabr) Ermənistan SSR-ə bəxşiş edib. Nəticədə Naxçıvan eksklav duruma düşüb.

Yəni xain qonşular özlərini “Ermənsitan-Ararat Respublikası”nın varisi elan eləsəydilər, onda ən azından Qərbi Zəngəzurun Ermənistana dəxli olmadığını boyunlarına almış olardılar. Qısası, klassik erməni bicliyi. Amma əvəzində nəyə əl atdılar? Əvəzində SSRİ dağılar-dağılmaz, “müstəqil” olar-olmaz, Ermənistan Azərbaycanın ayrılmaz parçası olan keçmiş Dağlıq Qarabağı öz ərazisi kimi yeni konstitusiyaya (1995, preambula hissəsi) daxil elədi...

İrəvan hələ də bu həyasız torpaq iddiasını “Əsas Qanun”dan çıxarmağa tələsmir. Bunu görməzlikdən gəlməklə yanaşı, Bakı ilə sülh sənədi imzalamağa hazır olduğunu az qala hər gün bəyan edir. O zaman onun sülh səmimiyyətinə necə inana bilərik? İnanmalıyıqmı?

Əlbəttə, yox. Azərbaycan suverenlik, ərazi bütövlüyü kimi son dərəcə prinsipial və milli təhlükəsizlik məsələlərində gəlişigözəl sözlərə inanıb aldanacaq dərəcədə sadəlövh dövlət deyil. O ki ola bu sözlər və açıqlamalar Ermənistan kimi, öz “qınına çəkilmək” istəməyən, düşmənçilik səhifəsini qapatmaqdan yayınan ölkənin rəsmləri tərəfindən səslənsin...

“Bu gün biz həmişəkindən daha suveren, həmişəkindən daha müstəqilik”.

Belə bir “ekzotik” cümləni baş nazir Nikol Paşinyan mayın 28-də “Respublika Günü” münasibətilə etdiyi çıxışında işlədib.

Paşinyana görə, “Ermənistan 29 743 kvadrat kilometr beynəlxalq səviyyədə tanınmış sərhədləri” ilə erməni xalqının itkilərinin yox, nailiyyətlərinin ifadəsidir. Ardınca isə deyib: “Erməni xalqına vətən axtarmağa ehtiyac yox. Vətən hazırkı Ermənistan Respublikası timsalında bir dövlətdə tapılıb. Biz 2020-ci ildən bəri ağır sınaqlardan keçərək... öz suverenliyimizi inkişaf etdirmək və dövlətçiliyimizi reallaşdırmaq üçün tarixi fürsət əldə etmişik”.

Baş nazir hesab edir ki, “son əsrlərin acı tarixi və “tarixi Ermənistan” söhbətləri bu tarixi təkrarlamamağa, o yolla getməməyə” çağırır. Qeyd edib ki, xarici qüvvələrin zəmanət verdiyi təhlükəsizlik aldadıcıdır. “Biz özümüz təhlükəsizliyimizin təminatçısıyıq. Bu təhlükəsizliyin təmin edilməsində təsirli vasitələr, ilk növbədə siyasi-diplomatik alətlər, yaxın qonşularla münasibətlərin normallaşdırılması, qonşularla sülhün bərqərar edilməsidir”, - deyən Nikol əlavə edib ki, erməni dövlətini və erməni kimliyini qoruyub saxlamaq üçün SSRİ-nin imperiya təbliğatının nəticələrini aradan qaldırmaq vacibdir...

Beləcə, Paşinyan faktiki surətdə öz cəmiyyətini olana qane olmağa və ilk növbədə qonşularla əlaqələri qaydaya salıb “real Ermənistan”la kifayətlənməyə və çağırır.

İlk baxışda ağıllı-başlı danışır, deyilmi? Hərgah bu mövqeyə o, öz xoşu ilə gəlməyib. “Dəmir yumruq”dan, Qarabağdakı bir günlük antiterror əməliyyatından sonra gələrək ağıllanıb. Hər halda biz onun Şuşada donuz kababı yeyib içkili vəziyyətdə “Yallı” getməsini, Xankəndində “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını, nəhayət, 2023-cü ilin 2 sentyabrında Qarabağdakı xunta rejiminə “müstəqillik təbriki” göndərməsini unutmamaşıq. Bu – həmin Paşinyandır!..

Ancaq deyirlər yalnız dəlilər və ölülər fikrini dəyişmir. Ümid edək ki, Nikol Vovayeviçin ağzından çıxanı qulağı eşidir, 29743 rəqəmini də o, sidq ürəkdən söyləyir. Həmin əraziyə (29743) isə əlbəttə ki, keçmiş DQMV daxil deyil. O zaman Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırılmasına nə maneə olur görəsən?

Sözsüz ki, vaxtaşırı “residiv” verən xroniki “mitasum” mərəzi.

Ancaq Paşinyan başda olmaqla, haylar qulaqlarında sırğa eləsinlər: nə qədər ki, Bakının haqlı və legitim tələbi reallaşmayıb, Ermənistanın həm “müstəqillik günü” və dövlətçiliyi formal, yəni qeyri-real məna daşıyacaq, həm də və daha betəri, o, ərazi itkisi ilə üzləşəcək. Ən yaxşı halda “Ararat Respublikası”nadək kiçilənədək...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 28 May 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri