Icma.az
close
up
RU
Paşinyanın RİYAKAR OYUNU: “İrəvan niyə öncə sülh imzalamağa, sonra Minsk qrupunu buraxmağa çalışır? KONKRET

Paşinyanın RİYAKAR OYUNU: “İrəvan niyə öncə sülh imzalamağa, sonra Minsk qrupunu buraxmağa çalışır? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deməsi və yenidən bu cür açıqlama ilə gündəmə gəlməsi  müəyyən suallar doğurur. Belə ki, Nikol ATƏT-in Minsk qrupunun ləğvi məsələsinin sülh müqaviləsi imzalanandan dərhal sonra həll ediləcəyini bildirib. Bu arada Mirzoyan da qeyd etmişdi ki, sülh müqaviləsindən 10 dəqiqə sonra Minsk qrupunun buraxılması ilə bağlı müraciəti imzalamağa hazırdırlar. Bəs görəsən, niyə hər iki sənədi eyni anda yox, müəyyən vaxt məsafəsi ilə imzalamağa çalışırlar?

Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:

“Ermənistan tərəfinin açıqlamaları ictimai rəyi çaşdırmağa yönəlib. İrəvan sülh müqaviləsinin mətni razılaşandan sonra davamlı şəkildə bu sənədi imzalamağa hazır olduğunu bəyan edir və hətta Azərbaycana iftira atmaqdan da çəkinmir. Mirzoyan iddia edir ki, sülh mətni razılaşdırılandan sonra guya rəsmi Bakı tərəfindən yeni şərtlər irəli sürülüb. Bu, tamamilə absurddur. Çünki Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlı məsələ ən azı 3 ildir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Ermənistan özü də çox yaxşı anlayır ki, ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. İrəvanın niyyəti prosesi mümkün qədər uzatmaqdır. Ermənistan uyğun beynəlxalq şərtlər yaranacağı təqdirdə öz istədiyi formada məsələni həll etmək istəyir. Yəni İrəvanın Minsk qrupunun buraxılması məsələsini sülh sazişindən sonraya saxlamaqda məqsədi məhz budur. Onsuz da Azərbaycan bu iki məsələni İrəvana şərt kimi irəli sürüb. Konstitusiya məsələsi müəyyən zaman alacaq. Çünki cəmiyyəti buna alışdırmaq lazımdır. Ona görə də, Paşinyanın sülh açıqlamaları zaman qazanmağa hesablanıb”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Aprel 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri