Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Paşinyanın qələbəsi: regional vəziyyət və sülh danışıqlarının perspektivi

Paşinyanın qələbəsi: regional vəziyyət və sülh danışıqlarının perspektivi

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın yenidən qələbə qazanması ətrafında müxtəlif fikirlər səsləndirilir. Paşinyanın hakimiyyətdə qalmasının Ermənistan-Azərbaycan münasibətlərində və sülh prosesində hansı irəliləyişlərin olacağı maraq doğurur. Bir çox ekspertlər onun yenidən Baş nazir seçilməsinin Azərbaycanla əlaqələrə müsbət təsir edəcəyini və sülh sazişi üzrə danışıqlarda mühüm mərhələyə gəlinəcəyini qeyd edir.
“Xalq Cəbhəsi” məsələni milət vəkilləri, politoloqlarla müzakirə edib.

“Bu nəticə Paşinyan üçün tamamilə müsbət nəticə deyil”

Politoloq Turan Rzayev qeyd edib ki, Paşinyanın qələbəsi əslində sürpriz olmadı: “Bununla belə, “Vətəndaş Müqaviləsi” partiyasının 49,81 faizdən çox səs toplaması gözlənilirdi. Məsələ ondadır ki, 64 mandat Paşinyana təkbaşına hökumət formalaşdırmaq və adi qanunları qəbul etmək imkanı verir. Lakin bu nəticə Paşinyan üçün tamamilə müsbət nəticə deyil. Paşinyanın hədəflərinə çatması baxımından bu nəticəni müsbət qiymətləndirmək olmaz. Məsələ ondadır ki, 29 mandatlı Samvel Karapetyan düşərgəsi ilə 12 mandatlı Robert Köçəryan bloku birlikdə hərəkət edərsə, parlamentdə kifayət qədər güclü müxalif platforma formalaşa bilər. Bu, xüsusilə aşağıdakı məsələlərdə Paşinyan üçün əlavə çətinliklər yarada bilər. Birincisi, Konstitusiya dəyişikliyidir. Konstitusiya dəyişikliyi məsələsi seçkilərdən əvvəl də gündəmdə idi. Ümumiyyətlə, bu məsələ həm daxili səbəblərdən, həm də regionda formalaşan yeni reallıqlar kontekstində Paşinyana lazımdır”.

Karapetyan və Köçəryan ortaq mövqe nümayiş etdirsələr…

Politoloqun sözlərinə görə, məsələnin bir də Azərbaycan tərəfi var: “Rəsmi Bakı sülh sazişinin tam imzalanması kontekstində Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların dəyişdirilməsini hələ də vacib şərt olaraq görür. İkinci məsələ isə Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma prosesidir. Samvel Karapetyan və Robert Köçəryan ortaq mövqe nümayiş etdirsələr, hər iki məsələ də parlament, media vasitəsilə tənqid və təzyiq edilə bilər. Xüsusilə Köçəryan düşərgəsi uzun illərdir bu məsələlərdə daha sərt mövqe nümayiş etdirir. Bənzər tendensiya Avropa İttifaqı və ABŞ ilə münasibətlərin inkişaf etdirilməsi, Rusiya orbitindən uzaqlaşma məsələsində də müşahidə edilə bilər. Göründüyü kimi bir çox məsələ Samvel Karapetyan ilə Robert Köçəryan ortaq mövqe nümayiş etdirib-etdirməyəcəyindən asılı olacaq. Böyük ehtimalla, bu iki siyasi blok güclərini birləşdirməyə çalışacaq. Lakin Paşinyanın da passiv qalacağını düşünmürəm”.

Sərt qarşıdurma xətti

O həmçinin deyib ki, Paşinyan ilk növbədə rəqiblərinin hansı taktikanı seçəcəyini gözləyəcək: “Əgər Karapetyan və Köçəryan hakimiyyətə qarşı sərt qarşıdurma xəttini seçsə, Paşinyan da hüquqi vasitələrdən sonadək istifadə edəcək. Hətta bu iki şəxsdən birinin, yaxud hər ikisinin həbsi baş tuta bilər. Prinsipcə, bu yeni bir şey deyil.
Paşinyan indiyədək dəfələrlə göstərib ki, rəqiblərinə qarşı korrupsiya, qanun pozuntuları və digər hüquqi iddialar üzərindən təzyiq mexanizmlərini işə salmaqdan çəkinmir. Əgər rəqibləri Paşinyanın üzərinə gəlməsə, bu dəfə o, “parçala və hökmranlıq et” siyasətinə əl ata bilər. Daha dəqiq desək, Paşinyan rəqiblərinin vahid cəbhədə birləşməsinə imkan verməmək üçün onların arasında fikir ayrılıqlarını dərinləşdirə bilər. Çünki Samvel Karapetyanla Robert Köçəryanın maraqları tam üst-üstə düşmür və hakimiyyət də məhz bu ziddiyyətlərdən istifadə etməyə çalışacaq”.

Sülh sazişi

Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının Parlament seçkilərindəki qələbəsi Ermənistanın Rusiyadan qopma və bu iki ölkə arasında münasibətlərin yeni əsaslarda qurulması prosesini sürətləndirə bilər: “Eləcə də Ermənistanın Qərbə inteqrasiyasının dərinləşdirilməsi üçün əlverişli şərait yaradacaq. Bununla yanaşı Paşinyanın bu qələbəsi ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmasında Azərbaycanla sülh və əməkdaşlıq üzrə nəzərdə tutulan tədbirlərin reallaşdırılması işini, o cümlədən Zəngəzur Dəhlizinin açılması istiqamətində əməli fəaliyyəti sürətləndirəcək”.
Deputatın fikirlərinə görə, ABŞ-nin dəstəklədiyi bu tranzit yolunun işə düşməsi həm Ermənistan və Azərbaycan, həm də region ölkələri üçün faydalı olacağı təxmin edilir: “Bu, Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, son zamanlar Ermənistan-Türkiyə münasibətlərinə, pozitiv məcrada görülən işlərin və əldə edilən nəticələrin genişləndirilməsi işinə də müsbət təsir göstərə bilər. Paşinyanın bu yeni qələbə ilə hakimiyyətdə qalması onun Azərbaycanın ərazi bütövlüyünün tanınması və sülh sazişinin bağlanması istiqamətində indiyədək dəfələrlə səsləndirdiyi bəyanatların gerçəkləşməsi istiqamətində real addımlar atılmasına da münbit zəmin yaradacaq”.
“Bu, sülh gündəliyinin dəstəklənməsi deməkdir”
Milli Məclisin deputatı Azər Badamov söyləyib ki Ermənistanda keçirilmiş parlament seçkilərində Nikol Paşinyanın yenidən qələbə qazanması Azərbaycan-Ermənistan arasında inkişaf edən sülh gündəliyinin gələcəyi baxımından çox əhəmiyyətlidir: “Çünki Paşinyan seçkilərə qatılanda onun şüarı sülh olub və məqsədini də xalqa açıqlayaraq bildirib ki, Ermənistan Azərbaycanla, Türkiyə ilə, bütün qonşuları ilə sülh və əməkdaşlıq münasibətlərində yaşayacaq. Əgər erməni xalqı Paşinyanı dəstəkləyibsə, təbii ki, bu, Ermənistanın Azərbaycanla bağlı olan sülh gündəliyinin də dəstəklənməsi deməkdir”.
Yeni dönəm
A.Badamov deyib ki, Azərbaycan olaraq biz Ermənistanla münasibətlərin qurulmasında, bu münasibətlərin normal fazaya keçməsində maraqlıyıq: “Çünki biz bütün qonşu ölkələrlə qarşılıqlı hörmət və fayda əsasında münasibətlərimizi qururuq. Həm də Paşinyanın yenidən seçilməsi Zəngəzur Dəhlizinin gələcəyi baxımdan da çox əhəmiyyətlidir. Yəni Paşinyan hakimiyyəti ABŞ ilə TRİPP layihəsi üzrə sazişlər imzalayıb. Bu sazişlərə əsasən Zəngəzur Dəhlizinin tərkib hissəsi olan TRİPP layihəsi də icra olunacaq. Həm TRİPP layihəsi, Zəngəzur Dəhlizi açılacaq, həm Ermənistanla ikitərəfli sülh gündəliyi inkişaf edərək nəzərdə tutulmuş referendum keçirilməsi məsələsi öz həllini tapacaq. Bu da Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni bir dönəmin başlanğıcı olacaq”.
Deputat əlavə edib ki, burada iki ölkə arasında sülh müqaviləsinin bağlanması da əsas məsələlərdən biridir: “Yəni tələbimiz olan Ermənistanda referendumun keçirilməsi Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin yaranmasına, ikitərəfli münasibətlərin qurulmasına və sərhədlərin açılmasına yol aça bilər”.
“Onun seçkidə qalib gəlməsi…”
Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Paşinyan regionda sülhün tərəfdarı kimi çıxış edir və onun yenidən hakimiyyətdə qalması Azərbaycan-Ermənistan sülh prosesinin davam etməsi üçün müəyyən imkanlar yarada bilər: “Bu mənada indiki reallıqda onun seçkidə qalib gəlməsi bizim üçün məqsədəuyğundur. Ancaq unutmayaq ki, Paşinyanın əsas məqsədlərindən biri də Ermənistanın Avropaya inteqrasiyasını sürətləndirməkdir. Son illərdə o, Avropa ölkələri və Qərb institutları ilə münasibətləri gücləndirməyə çalışıb. Ermənistanın Avropa ilə yaxınlaşması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni imkanlar əldə etməsinə xidmət edir. Bu siyasət, eyni zamanda, Avropa ölkələrinin regionda təsirinin artmasına və Ermənistanın beynəlxalq dəstəyini gücləndirməsinə hesablanıb”.
Revanşist yanaşmalar

E.Akimovanın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ermənistan hazırda əvvəlki dövrlərlə müqayisədə daha zəif mövqedədir və bu da onu daha praqmatik siyasət yürütməyə sövq edir: “Lakin gələcəkdə ölkənin iqtisadi, siyasi və hərbi imkanları artarsa, heç kim qəti şəkildə zəmanət verə bilməz ki, Ermənistanın siyasi elitasında yenidən daha sərt və ya revanşist yanaşmalar meydana çıxmayacaq. Tarix göstərir ki, dövlətlərin siyasəti zamanla dəyişə bilir və buna görə də münasibətlər şəxslər üzərindən deyil, konkret razılaşmalar, hüquqi öhdəliklər və real addımlar əsasında qiymətləndirilməlidir”.
Deputatın sözlərinə görə, ona görə də Paşinyanın yenidən hakimiyyətdə qalmasını yalnız sülh prosesi kontekstində qiymətləndirmək doğru olmaz: “O, bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşmasına çalışsa da, digər tərəfdən Ermənistanın xarici tərəfdaşlarını artırmaq və ölkəsinin mövqeyini gücləndirmək strategiyasını davam etdirəcək”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri