Icma.az
close
up
RU
Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma Qərbi Ermənistan anlayışı arasında paralel aparmaq cəhdi absurddur DEPUTAT

Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma Qərbi Ermənistan anlayışı arasında paralel aparmaq cəhdi absurddur DEPUTAT

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi absurddur" - DEPUTAT

"Nikol Paşinyan sərsəm açıqlamaları sülh müqaviləsi ilə bağlı danışıqların vaxtını uzatmağa və regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti havadarlarının sifariş əsasında addımlar atır:

"Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi absurd yanaşmadı. Paşinyanın bu əsassız yanaşması qəbuledilməzdir. Ermənistan tarix boyu qonşu ölkələrə qarşı hər zaman işğalçı siyasəti yürüdürş Qərbi Ermənistan" ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində, siyasi addımlarında öz əksini tapmış əsassız ərazi iddiasıdır. Qərbi Azərbaycan məsələsi isə fərqlidir. Burada söhbət etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları Ermənistan rəhbərliyi unudur ki, bu dövləti özü belə vaxtı ilə azərbaycanlıların sıx yaşadığı, tarixi Azərbaycan torpaqlarında qurulub".

Deputat söyləyib ki, ermənilər tarixi Azərbaycan torpaqlarına XIX əsrdə köçürülüb:

"1828-1931-ci illərdə İrandan 8249, Osmanlı dövlətindən isə 14044 erməni ailəsi, ümumilikdə 150 min nəfərdən çox erməni köçürülüb Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşdirilib. Sonrakı illərdə gerçəkləşən erməni köçləri hesabına bu ərazilərin etnik tərkibi süni şəkildə dəyişdirilib.1917-ci il məlumatına görə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşayırdı. 1918-ci ildə İrəvan bölgəsində erməni dövləti yaradılan zaman Ermənistan hökuməti digər öhdəliklərlə yanaşı, İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öz üzərinə götürdüyü halda, bu öhdəliklərin heç birini yerinə yetirmədi. Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirdi".

Sovet hakimiyyəti dövründə isə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin böyük bir qismi xalqın iradəsinə zidd olaraq onun əlindən alınaraq Ermənistana hədiyyə edilib. Nəticədə bizim torpaqlar hesabına Ermənistanın SSR-in ərazisi 9000 kvadrat kilometrdən 29743 kvadrat kilometrə çatdırılıb.

"Sovet Ermənistanı da azərbaycanlılara münasibətdə daşnak Ermənistanının siyasətini davam etdirib. 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə 300 min nəfər azərbaycanlı dədə-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilib. Ona görə də bu gün Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların özlərinin bugünkü Ermənistanda qalan yurd yerlərinə, evlərinə, sülh şəraitində dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur".

Deputat vurğulayıb ki, bizim insan hüquqlarına əsaslanan haqq işimizi Paşinyanın ərazi iddiası ilə müqayisə etməsi yolverilməzdir:

"Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif edib. Amma digər məsələlərdə olduğu kimi Ermənistan rəhbərliyi danışıqlar sərsəm açıqlamaları ilə dünya ictimaiyyətinin diqqətini əsassız ərazi iddialarına yönəltməyə çalışır. Əlbəttə ki, qətiyyən yolverilməzdir. Ermənistan hökuməti qərbi azərbaycanlıların təhlükəsiz qayıdışını təmin etməli, Konstitusiyası və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal və qeyd-şərtsiz çıxarmaq üzərində işləməli və təhlükəli militarizasiya siyasətinə son qoymalı, Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamalıdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 25 Noyabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri