Icma.az
close
up
RU
Paşinyanın Qərbi Azərbaycan xofu azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil ŞƏRH

Paşinyanın Qərbi Azərbaycan xofu azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil ŞƏRH

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrəvan hakimiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələblərini yerinə yetirmək əvəzinə, bu proses ətrafında spekulyasiyalara, çaşdırıcı mövqe sərgiləməyə davam edir.

Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə yaydığı statusda növbəti cəfəngiyyat səsləndirib, tarixi və coğrafi yalanlara yol verib.

Azərbaycan nəinki Ermənistana qarşı ərazi iddiası ilə çıxış edib, heç vaxt belə təşəbbüsdə də olmayıb. Sadəcə, əsas tələb və istək yüzminlərlə azərbaycanlıların pozulan hüquqlarının bərpasıdır.

Paşinyan isə növbəti dəfə ölkələrin qərb və şərq rayonlarının adlarını çəkərək cəmiyyəti çaşdırmağa çalışır və Azərbaycanın nəyə nail olmaq istədiyi barədə əsas məsələdən yayınır.

Azərbaycan “Qərbi Azərbaycan” dedikdə, yüzminlərlə soydaşlarımızın geriqayıdışı, onların pozulan hüquq və azadlıqlarının bərpasını nəzərdə tutur. Rəsmi Bakı üç dəfə deportasiyaya məruz qalan soydaşlarının geridönüşünə nail olmağa çalışır. Prezident İlham Əliyev də dəfələrlə bunu bəyan edib. Elə Azərbaycan kanallarına son müsahibəsində də digər məsələlərlə yanaşı, bu məsələyə də toxunub.

Torpaqların azad olunması ilə əsas missiyanı yerinə yetirən Azərbaycanın ikinci missiyası Böyük Qayıdış və bərpa-quruculuq işləridir ki, bu proses də uğurla davam edir. İndi isə üçüncü missiya ilə üz-üzəyik. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir.

Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, 10 il bundan əvvəl bu mövzunu artıq siyasi gündəliyə gətirib. Məhz həmin illərdə onun tövsiyəsi ilə Azərbaycan alimləri elmi əsərlər yaratmağa başladılar. Məsələn, İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılıb, Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması barədə tarixi xəritələr çap etdirilib.

Qərbi Azərbaycan İcması yaradılıb, onun fəaliyyəti daha da təkmilləşdirilib, o cümlədən bir çox beynəlxalq təşkilatlarla təmaslar qurulub və bu məsələ artıq beynəlxalq gündəliyə salınıb.

Ermənistandan əsas tələb odur ki, yalan iddialar yaymağı dayandırmalı və hüquqları pozulan azərbaycanlıların legitim tələblərinə qulaq asmalıdır. Lakin görünən odur ki, Paşinyan və komandası ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.

Nikolun məlum statusundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat səsləndirib.

“Qərbi Azərbaycan” ifadəsinə irad tutan Mirzoyan Ermənistanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışıb. Halbuki, “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir.

Bir faktı da qeyd edək ki, Ermənistan rəhbərliyi bütün məsələlərdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində "sürüşkən mövqe"yi ilə seçilib. 2023-cü il iyulun 25-də Nikol verdiyi bəyanatında azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialarını yada salmaq kifayətdir. Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti də Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan və Ararat Mirzoyanın açıqlamaları ilə keçmiş liderlər Levon Ter Petrosyan, Robert Koçaryan və Serj Sarqsyandan geri qalmırlar. Sonuncular konkret cinayətlərinə görə məhkəmə qarşısına çıxarılmalı olduqları halda, Nikol və komandası susmaqla onları müdafiə etmiş olurlar.

Qərb dünyası da Ermənistanı insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməyə çağırmalı, öz torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Hesab edirik ki, Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər erməni siyasi rəhbərliyinə verilən ən tutarlı cavabdır. Prezident bildirib ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

Ən əsası, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bu gün də biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Təəssüflər olsun ki, Ermənistan iqtidarı hələ ki susmağa üstünlük verir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri