Icma.az
close
up
RU
Paşinyanın seçki strategiyası: yeni etik kodeks və siyasi üslub

Paşinyanın seçki strategiyası: yeni etik kodeks və siyasi üslub

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti seçkiöncəsi PR addımı ataraq tərəfdaşları üçün yeni etik kodeksin qəbul edildiyini elan edib.

Bizimyol.info xəbər verir ki, Politoloq Akop Badalyan ölkə mətbuatına şərhində qeyd edir ki, Paşinyan bu yolla komandasını yüksək mədəni standartlara sahib qrup kimi təqdim etməyə çalışır.

Baş nazir bildirib ki, “Vətəndaş Müqaviləsi”nə (VM) məxsus yeni etik kodeksə görə, komanda üzvləri təhqirə cavab olaraq eyni tərzdə nalayiq ifadələr işlətməməli və təhqirə təhqirlə cavab verməməlidirlər. Paşinyana görə, bu yanaşma zəiflik əlaməti deyil, əksinə, “davranış kodeksinin ən yaxşı standartlarına sadiqlik” nümunəsidir.

Ekspert isə sual edir: bu qaydalar yalnız rəhbərlik üzvləri tərəfindən deyil, formal və qeyri-formal olaraq hakimiyyəti dəstəkləyən qruplar və sosial mediada informasiya mühitini formalaşdıran şəxslər tərəfindən də tətbiq olunacaqmı?

Badalyan bildirir ki, əgər Paşinyanın çağırışı yalnız hakim elitəyə ünvanlanıbsa, amma sosial mediada saxta və real tərəfdar hesablar hələ də rəqiblərə qarşı təhqir və nalayiq ifadələrlə dolu mesajlar paylaşmağa davam edəcəksə, baş nazirin təşəbbüsü informasiya mühitini yaxşılaşdırmayacaq. Ən yaxşı halda, VM rəhbərliyi yalnız az miqdarda propaqandist təsir əldə edə bilər. Ekspert hesab edir ki, zamanla Paşinyanın tərəfdarları və komanda üzvləri əvvəlki üslublarına qayıda bilər və bunu rəqiblərin “yeni qaydalara əməl etməməsi” ilə əsaslandıra bilərlər.

“Etik kodekslər bir çox sahələrdə mövcuddur, lakin praktikada nadir hallarda tətbiq olunur. Görmək lazımdır ki, “Vətəndaş Müqaviləsi” üzvləri yeni davranış normalarına necə riayət edəcəklər. Əlbəttə, cəmiyyətdə və siyasətdə keyfiyyətcə yeni diskursa keçmək cəhdi müsbət qiymətə layiqdir. Amma önəmli olan “qırmızı xətlərin” necə müəyyən ediləcəyidir – yəni hansı ifadələrin nalayiq sayılacağıdır”, – deyə Badalyan qeyd edib.

O həmçinin diqqətə əlavə edib ki, hakimiyyət və hüquq-mühafizə orqanlarının nalayiq ifadə işlədən şəxslərə münasibətdə fəqli yanaşma var: müxalif blogerlər və siyasətçilər tez-tez “xuliqanlıq” maddəsi ilə həbs riski ilə üzləşir, amma hakimiyyətə loyal şəxslər rəqiblərinə sərt ifadələr işlətməsinə baxmayaraq belə problemlərlə qarşılaşmır. Burada əsasən siyasi məqsədəuyğunluq prinsipi işləyir və artıq söhbət etik kodeksdən yox, cinayət qanunu, Konstitusiya və qanunların siyasi rəhbərlik tərəfindən seçmə tətbiqindən gedir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri