Icma.az
close
up
RU
Paşinyanın siyasi fantaziyası

Paşinyanın siyasi fantaziyası

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyasiyaların açılmasını dini tolerantlığın təmin olunması baxımından şərh edib. 

O qeyd edib ki, nəqliyyat əlaqələrinin açıq olması ilk növbədə, insanlara bir-biri ilə ünsiyyət qurmaq imkanı yaradır və bu, davamlı sülhün bərqərar olması üçün çox mühüm amildir. Nikol Paşinyan 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti çərçivəsində belə deyib. Paşinyan Ermənistanda müxtəlif dini icmaların olduğunu da vurğulayıb. 

“Ölkəmizdə dini icmalar arasında heç bir gərginlik yoxdur. Təbii ki, hər yerdə kənardan hansısa təxribat xarakterli hərəkətlər etməyə çalışan qüvvələr var. 

Amma təbii ki, strukturlarımız buna effektiv reaksiya verir, heç kimə dini icmalar arasında gərginlik yaratmağa imkan vermir. Bu, ölkəmizdə gedən real dialoqdur. Bizdə dünyada ən böyük yezidi icması var və bu icma ölkəmizin, milli irsimizin çox mühüm hissəsidir. Müsəlmanlara, yəhudilərə və digər dini qruplara böyük hörmətimiz var. Ermənistanda ən böyük dini qurum Erməni Apostol Kilsəsidir. Lakin bizim Erməni Katolik Kilsəsi və digər kilsələrimiz də var və bu, bizim üçün bir növ çox mühüm ənənədir”, - deyə Paşinyan bildirib. 

Qeyd edək ki, kommunikasiyaların açılması müxtəlif xalqlar və dinlər arasında təmasların artması baxımından önəm daşısa da, ermənilərin bu məsələdə tolerant olduğunu iddia etmək çətindir. 

Çünki ermənilər dünyada başqa xalqlara, xüsusilə də türklərə qarşı düşmən münasibəti ilə tanınır. Bunun arxasında isə ermənilərin digər dövlətlərə olan ərazi iddiası dayanır. “Böyük Ermənistan” adlanan faşist ideologiyasını həyata keçirmək üçün ermənilər milliyyətindən və dinindən asılı olmayaraq, bütün xalqlara qarşı terror, etnik təmizləmə və soyqırım törətməyə hazırdır. 

1988-ci ildən başlayaraq həmin cinayətlər Azərbaycan xalqının başına gətirilib.

Əvvəlcə 300 min nəfərə yaxın Qərbi azərbaycanlı öz ata-baba torpaqlarından qanunsuz olaraq qovulub. Sonra Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edərək orada etnik təmizləmə və soyqırım həyata keçirib. Həm Ermənistan ərazisində, həm də işğal dövründə Azərbaycan torpaqlarındakı dini abidələr dağıdılıb. Ermənilər Azərbaycan məscidlərini uçurub, tövlə kimi istifadə edib, orada mal-qara, donuz saxlayıblar. Qəbristanlıqlar dağıdılıb, məzar daşları məhv edilib. 

Şuşa şəhərindəki “Gövhər Ağa” məscidinin adını təhrif edərək “Fars məscidi” adlandırıblar. Ermənilərin Azərbaycan tarixi abidələrinə Ermənistan ərazisində da davam edib. İrəvan şəhərinin mərkəzində Azərbaycanın məhşur dini-memarlıq abidələrindən biri olan “Göy məscid” komleksinin adı saxtalaşdırılaraq üzərində “Fars məscidi” lövhəsi vurulub. 

Ermənistandakı dini abidələrə qarşı hücum bu gün də davam edir. Ermənilər yalnız məscidlərə deyil, Azərbaycanda Ermənistandakı qədim alban kilsələrinə qarşı da varvar davranış nümayiş etdiriblər. Bəzi kilsələr dağıdılıb, bir qismi isə üzərinə Qriqoryan kilsəsinə məxsus xaçlar vurulmaqla erməniləşdirilib. 

Ermənilər işğal dövründə Şuşa şəhərindəki rus-provaslav kilsəsini də öz adlarına çıxıblar. Ona görə də Paşinyanın sözləri reallığı əks etdirmir. Çünki Ermənistanda eyni proses bu gün də davam edir. 

Nəticədə, Ermənistan monoetnik və monokonfessional dövlətə çevrilib. Sadəcə olaraq, Paşinyanın erməniləri tolerant xalq kimi təqdim etməsi Ermənistanda digər xalqlara qarşı dini və milli ayrıseçkiliyi ört-basdır etməyə yönəlib. 

Ermənistan konstitusiyasına görə, parlamentdə milli azlıqların nümayəndələri təmsil olunmalıdır. Ancaq Ermənistan parlamentində milli azlıqlar üçün ayrılmış 4 deputat yerindən 3-də assurilər, yəhudilər və rusların adı ilə ermənilər təmsil olunur. Digər bir mandatı isə yezidilərin nümayəndəsi daşıyır. 

Nikol Paşinyanın yalınız yezidiləri misal çəkməsi ölkədə başqa dinlərə qarşı dözümsüz münasibətlə bağlıdır. Yezidilərə olan xüsusi rəğbət isə Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etmələri ilə izah oluna bilər. 44 günlük Vətən müharibəsində yezidi batalyonunun PKK terrorçuları ilə birlikdə Azərbaycana qarşı döyüşdüyünü təsdiq edən faktlar hər kəsə məlumdur. Ermənilər yəhudilərə qarşı da mənfi münasibəti ilə seçilir. 

Ona görə də Ermənistanın parlamentində yəhudilərə yer ayırmaqda maraqlıı olduğu inandırıcı görünmür. Yəhudilər özlərini Ermənistanda təhlükəsiz hiss etmədiklərinə görə bu ölkədə yaşamağa maraq göstərmir. Ermənilər nəinki Ermənistanda, Yaxın Şərqdə də yəhudilərə qarşı düşmənçilik edir. 

Son iki ildə Qüds şəhərində ermənilər yəhudiləri yaşadıqları məhəllədən çıxartmağa çalışıb. Nəticədə, yəhudilərlə ermənilər arasında bir neçə dəfə qanlı qarşıdurma baş verib. Bu səbəbdən Paşinyanın ermənilərin guya müsəlmanlara və yəhudilərə “hörmətinin” olması barədə dedikləri siyasi fantaziyadır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri