Icma.az
close
up
RU
Paşinyanın tapmacası:Bizi hədələyən A gücü, köməyə çağırdığımız B gücü və KTMT

Paşinyanın tapmacası:Bizi hədələyən A gücü, köməyə çağırdığımız B gücü və KTMT

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“A qüvvəsi bizi hədələdi, biz onunla məşğul olmaq üçün B qüvvəsini çağırdıq, sonra bir anda A Qüvvəsi və B qüvvəsi əməkdaşlıq etməyə başladı”.

Adalet.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib. O, bildirib ki, faktiki olaraq tariximizdə ən azı bir dəfə bu hal dəqiq təkrar edilib:”Biz təhlükəsizlik təhdidləri ilə üzləşmişik və daim bizi təhdid edən qüvvələrlə üz-üzə qalarkən digər qüvvələri çağırmışıq. Nəticədə baş verənlər odur ki, hər iki a və b qüvvəsi bir-biri ilə razılığa gəlirlər və artıq problemimizi həll etmək üçün zəng edəcək kimsəmiz yoxdur bu, əsrlər boyu işləyən bir modeldir" .
Paşinyan onu da qeyd etdib ki, bizim təhlükəsizlik modelimiz KTMT-dir, biz bu yaxınlarda öyrəndik ki, KTMT-yə üzv ölkələrdən birinin rəhbəri bizə qarşı təşkil edilən əməliyyatı müzakirə edib”.
Əslində 2020-ci ildən üzü bəri prosesləri izləyənlər bilir ki, Paşinyan tapmaca misallı açıqlamasında nə demək istəyir.
Paşinyanın dediyi, təhlükəsizlik təhdidləri ilə üz-üzə qaldığı A qüvvəsi Azərbaycandır. Bu aksiomadır.
Amma onun köməyə çağırdığı B qüvvəsi kimdir?
Bəli, düz düşünmüsünüz, başda Rusiya olmaqla KTMT üzvü olan ölkələr, qısacası KTMT!
Yəqin ki, Paşinyan ya bilmir, ya da unudub ki, bu hərbi ittifaqının təşkil olunmasında məqsəd üzv öklələrin ərazisinə başqa bir ölkə hücum edərsə, ona yardımçı olmaq, hərbi dəstək verməkdir. KTMT Nizamnaməsində deyildiyi kimi, Ermənistanın beynəlxalq aləmdə tanınan sərhəd xətti Azərbaycan tərəfində keçilsə idi, təbii ki, KTMT hərbi qüvvələri Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşəcəkdi. Amma nə oldu? Azərbaycan beynəlxalq aləmin tanıdığı Azərbaycan sərhədləri içərisində - Qarabağda yuva qurmuş separatizm və terrorçuluğa qarşı hərbi əməliyyata başladı. Ən pisi isə o oldu ki, beynəlxalq konvensiyaların qadağan etdiyi İsgəndər-M, Skad, TOÇKA-U, Smerç kimi ballistik raketlər Ermənistan tərəfindən Azərbaycan ərazisinə atıldı amma Azərbaycan eyni silahları Ermənistan ərazisinə yönləndirmədi. Ümumiyyətlə, Azərbaycan müharibə qaydalarını da əsl kişi kimi və beynəlxalq qanunların tələbinə əsasən həyata keçirdi. 44 günlük müharibədə də, ondan sonrakı hərbi əməliyyatlarda da Azərbaycan Ermənistanın əksinə olaraq dinc sakinlərə qarşı heç bir terror aktı törətmədi. Bu prosesləri izləyən beynəlxalq aləm və KTMT üzv ölkələri Ermənistan uğrunda döyüşə girməyi lüzumsuz hesab etdilər. Bir də təkrar edirəm, döyüş, və ya hərbi əməliyyatlar Azərbaycan ərazisində gedirdi. Buna isə heç kim mane olmaq hüququ yoxdu.
Paşinyanın “KTMT-yə üzv ölkələrdən birinin rəhbəri bizə qarşı təşkil edilən əməliyyatı müzakirə edib” cümləsi də təsadüfən seçilməyib. O cümlədə də səbəbkar kimi isə Azərbaycana doğma olan Qazaxıstan, Qırğısıtan yox məhz Belorus hədəfə alınıb.
“Niyə”sini xatırladaq: Məğlubiyyətini qətiyyən öz ordusunda və xalqında, eyni zamanda işğalçılıq ideyaları ilə bəslənən yanlış dövlətçiliyində deyil, Azərbaycana silah satan ölkələrdə görən Paşinyan Belarusu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana silah satmaqda ittiham etdi. O, Lukaşenko prezident olduğu dönəmdə Belarusa səfər etməyəcəyini və bu fikrini yalnız Lukaşenko üzr istəyəcəyi halda dəyişəcəyini dedi.
Paşinyanın bu ittihamı Belorus lideri tərəfindən qəzəblə qarşılandı Ermənistan liderini təhqir edib.O, Paşinyanla bağlı bəzi məqamları həmin vaxt açdı:
“Qulaq asın, bu axı gülməlidir. O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən iyrənc insansan. Daha bir şey… Bizdə artıq yaşıl köynəkdə, daha bir şey tələb edən (Lukaşenko kimi nəzərdə tutduğunu açıqlamayıb, amma Zelenski olduğu təxmin edilir – red.) belə bir iyrənc insan olub. Onunla artıq hər şey aydındır. Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O, bir az başqa cür demişdi, sadəcə indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür” edir”.
Belorus liderinin atmacasında hədsiz dərəcədə inciyən və “yaralanan”
Paşinyan onu daha dərin yaralamaq üçün əvvəlcə səfirini geri çağırdı, sonra isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı Vilnüsə səfəri çərçivəsində Belarus müxalifətinin keçmiş lideri Svetlana Tixanovskaya ilə görüşünü təşkil etdirdi.
Belarus Xarici İşlər Nazirliyi bu görüş səbəbindənErmənistana nota verdi.
Bu azmış kimi, Lukaşenkonun Azərbaycana səfəri zamanı işğaldan azad olunmuş Qarabağa getməsi, törədilən erməni vandalizmini öz gözləri ilə görməsi və açıqlaması ilə Ermənistana od qoyur. O bildirir ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır: “Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik. “Döyüşüb dincəldilər. Sonra Rusiyaya və ya hələ bizə acıqlanmağın adı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən...”
Əziz oxucu, indi Paşinyanın dediyi, “A gücü, B gücü, KTMT gücü” sayıqlamasının şifrələri sizə də aydın oldumu?
Artıq sizə də aydın oldu ki, Paşinyan bir erməni olaraq, özündəki günahı görməyəcək qədər zavallı bir toplumun nümayəndəsidir.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri