Icma.az
close
up
RU
Paşinyanın yarımçıq təəssüfü

Paşinyanın yarımçıq təəssüfü

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni baş nazir etiraf etmir, hücum edir

Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında bir çox məsələlərə toxundu, onlara aydınlıq gətirməyə çalışdı. Ümumən, Nikol hər şeydən danışdı, amma heç nə demədi. Ancaq Paşinyanın bu sayaq ritorikasına öyrəncəliyik. Ona görə də erməni hökumət rəhbərinin üzərində dayandığı konkret bir məqamdan söz açacağıq.

Beləliklə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü 2022-ci ildən əvvəl tanımalı olduğunu vurğuladı. O, bu fikri dilə gətirərkən, təəssüflənirmiş kimi görkəm alsa da, məsələnin mahiyyəti tamam başqadır. Nikolun etirafında bəlli məqsəd var. Məqsəd nədən ibarətdir, söhbətimiz bu mövzudadır.

***

Əlqərəz, Paşinyan qeyd edib ki, onun 2022-ci il oktyabrın 6-da Azərbaycanın ərazi bütövlüyünü tanımasına, o cümlədən Qarabağı Azərbaycanın tərkibində qəbul etməsinə dair ritorika yayılıb. Nikol, bu deyimlərin doğruluğunu təsdiqləyib. Lakin baş nazirin fikrincə, məsələnin obyektiv qiymətləndirilməli digər hissəsi var.

Deməli, Paşinyan Ermənistanın 2022-ci ilin sentyabr-oktyabr aylarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanladığını xatırladıb. O, müraciətin səbəbi barədə ətraflı danışmasa da, məlumdur ki, KTMT-yə səsləniş həmin ilin sentyabrında Azərbaycanla Ermənistan arasında yaşanmış eskalasiya ilə bağlı idi. Rəsmi İrəvan həmin vaxt iddia etmişdi ki, guya ölkəmiz Ermənistanın suveren ərazilərini ələ keçirib. Lakin KTMT-dən gələn cavab Paşinyan administrasiyasını qane etməmişdi. Cavab isə belə olmuşdu: Ermənistanla Azərbaycan arasında sərhədlər dəqiqləşmədiyindən, ikincinin birincinin ərazi bütövlüyünü pozduğunu müəyyənləşdirmək mümkünsüzdür.

***

Sən demə, Nikolun Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımasına səbəb KTMT-nin verdiyi qeyri-qənaətbəxş cavab olubmuş. Birincisi, Paşinyan nəzərində tutduğu 2022-ci ilin Praqa sammiti zamanı ölkəmizin ərazi bütövlüyünü tanıdığını dilə gətirsə də, bu tanımanın Qarabağ məntiqi məchul qalmışdı. Erməni baş nazir Qarabağ da daxil olmaqla Azərbaycanın suverenliyini tanıdığını yalnız 2023-cü ilin yayında açıqlamışdı. İkincisi, Paşinyanın, belə demək mümkünsə, nə birinci, nə də ikinci tanıması əməli iş müstəvisinə keçməmişdi. Çünki Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri qalmışdı. Ən əsası, bölgədəki separatçı rejim varlığını sürdürmüşdü.

Paşinyan, heç bir halda, deyə bilməz ki, rəsmi İrəvan həmin separatçı rejiminin mövcudluğunun davamında maraqlı deyildi. Maraqlı idi, ancaq öz baxışı çərçivəsində. Ermənistan rəhbərliyi Qarabağın erməni əhalisinə beynəlxalq təminat oyununa baş vurmuşdu. Bu, dolayısıyla ərazi iddiasını aktiv saxlamağa hesablanmışdı. Separatçı rejim isə məkrli məqsədin gerçəkləşdirilmə aləti kimi götürülmüşdü. Lakin alınmadı...

Digər tərəfdən, Paşinyan 2023-cü il sentyabrın əvvəlində yerli televiziyaya müsahibəsində bildirmişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Ölkəmizin səbr kasasını daşdıran da elə bu fikir olmuşdu. Yəni Nikolun sözlərindən belə qənaət hasil olmuşdu ki, Azərbaycanın Qarabağı öz yurisdiksiyası altında görməsi mümkünsüzdür.

Ölkəmizin Silahlı Qüvvələri 2023-cü ilin sentyabrın 19-20-də mümkünsüz kimi görünəni gerçəyə çevirdi. Lokal xarakterli uğurlu antiterror tədbirləri ilə Paşinyanın düşüncəsində canlandırdığı “seçkili hakimiyyət” tarixin zibilliyinə göndərildi. Bundan sonra Qarabağın erməni əhalisi bölgəni tərk etdi. Rəsmi İrəvan isə onların təhlükəsiz qayıdışı üçün beynəxalq təminat məsələsini qondardı. Amma bu dəfə də alınmadı...

Bəli, Ermənistan rəhbərliyinin Qarabağın erməni varlığı naminə əlahiddəliyin vurğulanmasına, məqsəd etibarilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirməyə yönəlmiş cəhdləri iflasa uğradı və rəsmi İrəvan Bakı ilə real danışıqlar mərhələsinə start vermək məcburiyyətində qaldı. Sözügedən mərhələ 2024-cü ilin fevral-mart aylarından başladı və bir il çəkdi.

Əlbəttə, erməni hakim siyasi dairələri real danışıqlar zamanı da manipulyasiyalara baş vurdular. Çalışdılar ki, sülh müqaviləsi natamam şəkildə imzalansın. Elə şəkildə ki, onda gələcək avantürizm üçün tutacaq yer saxlanılsın. Lakin ölkəmiz yenə dirəniş və prinsipiallıq göstərdi. Ermənistana Azərbaycanın sülh müqaviləsi layihəsi xüsusundakı bütün şərtləri ilə razılaşmaqdan başqa yol qalmadı.

Hazırda rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərt var. Söhbət Ermənistan konstitusiyasının dəyişdirilməsindən, sənədin işğalçı xarakterli İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qaldırılmasından və ATƏT-in Minsk qrupunun rəsmən ləğvindən gedir ki, Paşinyan administrasiyasının bunları yerinə yetirmək istəmədiyi və ya prosesi ləngitdiyi ortadadır.

İndi isə gələk bilavasitə Paşinyanın anti-Rusiya ritorikasına. Söhbət Qarabağın itirilməsinin günahkarı qismində Kremli görməkdən gedir. Axı Rusiya rəhbərliyinin, o cümlədən, Prezident Vladimir Putinin dəfələrlə dilə gətirdiyi fikirlərdən hasil olan qənaət budur ki, Qarabağın Ermənistan üçün itkisi 2022-ci ilin Praqa sammiti zamanı baş vermişdi. Paşinyan isə hazırkı bəyanatı ilə həmin vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətinin yarandığını önə çəkir. Çünki Nikolun fikrincə, KTMT-nin timsalında Moskva İrəvanın müdafiəsinə qalxmaq istəmirdi.

Əlbəttə, indiyədək də Ermənistan rəhbərliyinin Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmasına dair çoxsaylı nümunələr qeydə alınıb. Amma hesab edirik ki, Paşinyanın hazırkı yanaşması əvvəlki ritorikaya siyasi rəng qatır. Bu rəng İrəvanın Kremllə münasibətlərinin gərgin fazasını qoruyur.

***

Sonda erməni baş nazirin təəssüflənməsinə diqqət yetirək. Bir haşiyə çıxaq ki, Paşinyan sözügedən mətbuat konfransında Azərbaycanla ölkəsi arasında dərin etimadsızlığın mövcudluğunu da bildirdi. Doğrudur, Nikol durumun aradan qaldırılmasına dair kifayət qədər pozitiv mesajlar səsləndirdi. O, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırlatdı, belə təmasların köməyi ilə qarşılıqlı inam yaratmağın mümkünlüyünü vurğuladı.

Deməli, ümumiləşdirmə apararaq, Paşinyanın 2022-ci ildən əvvəl Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalı olduğunu bildirməsindəki və bunu etməməsindən təəssüflənməsindəki səmimiyyət payına diqqət yetirməliyik. Əlbəttə ki, bəzi suallarla. Məsələn, 2022-ci ildən əvvəl deyərkən Nikol hansı ili nəzərdə tuturdu? Bəlkə 2019-cu ildə Xankəndidə verdiyi “Qarabağ Ermənistandır nöqtə” bəyanatının yanlışlığını bildirmək istəyirdi? Xeyr, erməni baş nazirin anti-KTMT xətti ilə anti-Rusiya ovqatına köklənməsi belə düşünməyə əsas vermir. Deməli, Paşinyanın təəssüflənməsində səmimiyyət çatmır. Nəzərə alaq ki, Nikolun haqqında söz açdığı inam və etimad səmimiyyətdən, səmimi yanaşmadan qaynaqlanır. Təəssüf ki, bunu görmürük. Nə bilmək olar, bəlkə Paşinyan ancaq yarımçıq təəssüflənməyi bacarır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri