Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Pasportu var, ölkəsi yoxdur Hava limanında müəmmalı sərnişin

Pasportu var, ölkəsi yoxdur Hava limanında müəmmalı sərnişin

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

1954-cü ildə Yaponiyanın Tokio şəhərindəki Haneda Beynəlxalq Hava Limanında qəribə bir hadisə baş verib. Con Allen Zeqrus adlı qəribə bir kişinin iştirak etdiyi bu hadisə olduqca adi bir şəkildə başlayıb. Belə ki, pasport nəzarətində Zeqrusun növbəsi çatanda işlər birdən dəyişib. Çünki Zeqrusun hakimiyyət orqanlarına təqdim etdiyi pasport Taured adlı bir ölkəyə məxsus idi. Halbuki, belə bir ölkə Yer üzündə heç vaxt mövcud olmamışdı.

Avtosfer.az "Sfera.az"a istinadən bu qeyri-adi hadisə haqqında yazını təqdim edir:

Bəziləri Con Allen Zeqrusu usta fırıldaqçı hesab edir, digərləri isə onun paralel kainatlardan dünyamıza gələn sirli bir qonaq olduğuna inanırlar. 1954-cü ildə mənşəyi məlum olmayan, lakin iddia edildiyi kimi fransızca danışan Con Allen Zeqrus adlı bir kişi  koreyalı həyat yoldaşı ilə Tokiodakı Haneda Beynəlxalq Hava Limanına gəlib. Zeqrusun pasport nəzarətində növbəsi çatana qədər hava limanında hər şey normal davam edirdi. Lakin Yapon rəsmiləri Zeqrusun pasportunun Taured adlı bir ölkəyə məxsus olduğunu görüblər. Halbuki belə bir ölkə heç vaxt mövcud olmamışdı. Bu qəribə vəziyyətdə rəsmilər Zeqrusa belə bir ölkənin mövcud olmadığını deyiblər. Kişi 1000 illik tarixə malik olduğunu iddia etdiyi ölkəsinin görməzdən gəlinməsindən qəzəblənib. Rəsmilər Zeqrusdan ölkəsinin xəritədə yerini göstərməsini istəyiblər. Con Allen Zeqrus ona təqdim edilən xəritədə indi Andorra olan ərazini göstərib. O, qeyri-adi iddialarında israr edib.

Bəs Taured ölkəsi harada idi?

Zeqrus dünya xəritəsində ölkəsini tapa bilmədiyi üçün qəzəbi daha da artıb. Zeqrud həqiqətin üzə çıxması üçün nəzarət altına alınıb. O, hava limanının yaxınlığındakı bir otelin altıncı mərtəbəsindəki bir otağa yerləşdirilib. Qaçmasının qarşısını almaq üçün qapısında iki mühafizəçi dayanıb. Lakin bir müddət sonra Yaponiya hakimiyyəti Zeqrusun otağına daxil olanda təəccüblü bir mənzərə ilə qarşılaşıb. Zeqrus izsiz şəkildə yoxa çıxmışdı. Həmin kişidən bir daha xəbər alınmayıb. Bu maraqlı hadisəyə görə bəzi insanlar Zeqrusun paralel kainatdan gələn qonaq olduğuna inanırlar. Qəribə adamın zaman səyahətçisi olduğuna inananlar da var. Zeqrusun paralel kainatlardan gəldiyini iddia edənlərin bəzi tutarlı dəlilləri var Məsələn, onun pasportunda çoxsaylı müxtəlif ölkələrdən giriş və çıxışı göstərən möhürlər var idi. Lakin bu iddiaya inananlar üçün ən vacib dəlil Zeqrusun sirli şəkildə yoxa çıxması idi. Çünki onun nəzarət altında saxlanıldığı otel otağında eyvan yox idi.

Hakimiyyət orqanlarının məlumatına görə, pəncərələrdən qaçmaq mümkün deyildi. Qapıdakı mühafizəçilər onun heç vaxt çölə çıxmadığını bildiriblər. Bu səbəbdən bir çoxları Zeqrusun Taured adlı bir ölkənin mövcud olduğu paralel kainatdan gəldiyinə inanırlar. Bəs Taureddən olan kişi doğru danışa bilərdimi? Əlbəttə ki, Zeqrusa inananlar qədər inanmayanlar da var. Bəziləri onun usta fırıldaqçı olduğunu düşünür. O dövrdə Yaponiya mətbuatında dərc olunmuş bəzi sənədlər bu iddiaları dəstəkləyir. O dövrün bəzi qəzetləri Zeqrusun ölkəyə qanunsuz daxil olan fırıldaqçı olduğunu, hakimiyyət orqanları tərəfindən həbs olunduğunu və hətta bir il həbs cəzasına məhkum edildiyini yazırdı. Digər tərəfdən, qəzetlərdə yer alan məlumata görə, Con Allen Zeqrus Yaponiyadakı bəzi bankları aldadıb, həbsdə olarkən intihara cəhd edib və FTB üçün işlədiyini iddia edib. Con Allen Zeqrus haqqında son məlum olan məlumat onun həbs müddətindən sonra azadlığa buraxılması və Yaponiyanı tərk etməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Mart 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri