Icma.az
close
up
RU
Paulo Botta: Azərbaycanın çoxsaylı ticarət və maliyyə əlaqələri ona diplomatik nüfuzunu gücləndirməyə imkan verir MÜSAHİBƏ

Paulo Botta: Azərbaycanın çoxsaylı ticarət və maliyyə əlaqələri ona diplomatik nüfuzunu gücləndirməyə imkan verir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Müasir dövrdə Azərbaycanın həm regional, həm də qlobal müstəvidə artan strateji əhəmiyyəti Latın Amerikası ekspertləri tərəfindən də maraqla izlənilir. Argentinanın nüfuzlu “TRENDS Research & Advisory” beyin mərkəzinin ofis rəhbəri Paulo Botta AZƏRTAC-a məxsusi müsahibəsində ölkəmizin Avrasiya ilə Latın Amerikası arasında oynadığı “körpü” rolundan və iqtisadi potensialından bəhs edib. Müsahibədə, həmçinin dəyişən dünya nizamında “orta güclər”in mövqeyi, enerji sektorunda əməkdaşlıq və analitik mərkəzlərin artan rolu təhlil olunur. Müsahibəni təqdim edirik:

- Siz Azərbaycan ilə Argentina arasındakı iqtisadi münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Mən iki ölkə arasındakı iqtisadi münasibətləri yüksək qiymətləndirir və bu sahədə böyük potensialın mövcud olduğunu vurğulamaq istəyirəm. Lakin, müxtəlif səbəblərdən bu potensial hələ tam reallaşmayıb. Ən başlıca səbəb mövcud imkanlarla bağlı qarşılıqlı yetərli məlumatın olmaması və ya bu sahəyə kifayət qədər diqqət yetirilməməsidir. Bu imkanlar aydın və obyektiv olsa da, iqtisadi subyektlər digər bazarlara üstünlük veriblər. Bundan əlavə, qlobal böhranlar və baş verən digər hadisələr səbəbindən regional ticarət əlaqələrinin genişlənməsində müəyyən məhdudiyyətlər yaranıb. Bununla belə, əminəm ki, bu məhdudiyyətlər tədricən aradan qalxacaq.

Hələ görüləsi çox iş var. İkitərəfli faydalı münasibətlər həm xam məhsullar sahəsində, həm kənd təsərrüfatı və heyvandarlıqda tətbiq olunan biotexnologiya sahəsində, həm də yeni texnologiyaların inkişaf etdirilməsində genişləndirilməlidir.

- Bu gün Azərbaycan həm Şərqlə, həm də Qərblə əlaqələrini fəal şəkildə inkişaf etdirir. Siz Azərbaycanın güc mərkəzləri və digər ölkələrlə balanslaşdırma strategiyasını necə dəyərləndirirsiz?

- Hazırkı beynəlxalq sistem orta güclərin sistemi kimi təsvir edilə bilər. Əlbəttə, böyük dövlətlər var, lakin qarşılıqlı fəaliyyət sahələrinin və qarşılıqlı asılılıq səviyyələrinin müxtəlifliyi müasir dünya nizamının xarakterik xüsusiyyəti olan orta güclər şəbəkəsinin, regional güc mərkəzlərinin yaranmasına səbəb olub. Bu baxımdan Azərbaycan kimi ölkələr, haqlı olaraq qeyd etdiyiniz kimi, balanslaşdırılmış xarici siyasət yürüdür, çoxsaylı ticarət və maliyyə əlaqələri ona diplomatik nüfuzunu gücləndirməyə imkan verir. Bu, ölkənizə yüksəksəviyyəli strateji status verməklə yanaşı, digər ölkələr üçün də etibarlı vasitəçi kimi çıxış etməyə imkan verir. Son illərdə biz bunun şahidi oluruq. Bu da öz növbəsində ölkənizin beynəlxalq sistemdəki rolunu gücləndirir. Bu, müxtəlif ölkələrlə münasibətləri saxlamağa imkan verən müsbət amildir.

- Azərbaycan Avrasiya məkanında əsas enerji ixracatçılarından biridir. Siz Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlıq potensialını, xüsusilə “yaşıl enerji”yə keçid kontekstində, necə görürsüz?

- Mən hesab edirəm ki, enerji sektorunda əlaqələr iki əsas istiqamətdə inkişaf edə bilər. Birinci istiqamət hidrokarbonlar sektorudur. Burada əməkdaşlıq həm Azərbaycanın təcrübəsindən faydalanmaqla bilik və texnologiyaların mübadiləsi əsasında, həm də Latın Amerikası ölkələrində mövcud investisiya imkanları çərçivəsində - Azərbaycanın qlobal genişlənmə proqramlarına uyğun gələn həm xam neft və təbii qazın kəşfiyyatı və hasilatı, həm də xam neftin emalı, təbii qazın emalı və son məhsulların istehlakçılara paylanması fəaliyyətlərində həyata keçirilə bilər.

Digər tərəfdən, Latın Amerikası ölkələrinin açıq üstünlüyə malik olduğu və hüquqi sistemlərini xarici investisiyalara uyğunlaşdırdıqları enerji keçidi və “yaşıl enerji” sektorlarında da çoxsaylı imkanlar açılır.

Hər iki halda əməkdaşlıq həm bilik və təcrübə mübadiləsinə, həm də investisiyalara yönəlməlidir.

- Siz məşhur “TRENDS Research & Advisory” beyin mərkəzini təmsil edirsiniz. Azərbaycanda analitik mərkəzlərin siyasətin formalaşmasında rolunu necə qiymətləndirirsiniz?

- Müasir beynəlxalq sistemdə tədqiqat və analitik mərkəzlərin rolu getdikcə artır və onlar zəruri institutlara çevrilirlər. Çünki mahiyyət etibarilə, siyasi qərarların böyük əksəriyyəti texniki xarakter daşıyır və onların təhlili, hazırlanması və icrası üçün çox spesifik biliklər tələb olunur. Digər tərəfdən, dövlət qurumlarının resursları məhdud olduğundan, beyin mərkəzləri hökumət rəsmilərinə dünyada baş verən prosesləri təhlil etməkdə, mümkün fəaliyyət istiqamətlərini təklif etməkdə və vətəndaş cəmiyyəti ilə əlaqələr vasitəsilə həmin siyasətlərin icrasına dəstək göstərməkdə mühüm rol oynaya bilər.

Azərbaycanda analitik ekosistemin formalaşması müşahidə olunur. Müxtəlif ixtisaslaşma sahələrinə və fərqli yanaşma perspektivlərinə malik beyin mərkəzlərinin yaradılması, onların fəaliyyətləri və nəşrləri vasitəsilə qərar qəbuletmə proseslərinə töhfə verilməsi bu ekosistemin əhəmiyyətli tərkib hissəsidir.

- Azərbaycan və Latın Amerikası analitik mərkəzləri arasında əməkdaşlıq platformasının yaradılmasını mümkün hesab edirsinizmi? Sizin fikrinizcə, əsas əməkdaşlıq sahələri nə ola bilər - enerji, təhsil, diplomatiya, yoxsa rəqəmsallaşma?

- Bu təşəbbüsü son dərəcə müsbət qiymətləndirirəm. Çünki bu cür əməkdaşlıq platformaları Latın Amerikası ilə Avropa və ya Aralıq dənizi ölkələri arasında artıq uğurla tətbiq edilmiş modellərin davamı ola bilər. Azərbaycan ilə Latın Amerikası arasında əməkdaşlıq platformasının yaradılması həm akademik mühitə, həm cəmiyyətə, həm də hökumətlərə bir çox sahədə fayda verə bilər. Hesab edirəm ki, gündəliyə Latın Amerikası ölkələri və Azərbaycan üçün ümumi narahatlıq doğuran məsələlər daxil edilməlidir.

Gələcəyə yönəlik çağırışlara fokuslanmaq, mövzuları praktik fəaliyyət istiqamətlərini prioritetləşdirən yanaşma ilə təhlil etmək, müxtəlif ölkələrdən olan tədqiqatçıları təcrübə və baxış bucaqlarını bölüşmək üçün bir araya toplamaq zəruridir. Süni intellektin ictimai həyatın bütün sahələrinə təsiri, qlobal səviyyəli çağırışlar, dövlətlərin ortaq maraq kəsb edən mövzular üzrə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ticarət və investisiya axınlarında müşahidə olunan meyillər, siyasət və hüquq strukturlarından daha sürətli dəyişən cəmiyyətlərin tələbləri kimi məsələlər mütləq nəzərdən keçirilməli və dərindən təhlil olunmalıdır.

- Sizcə, ənənəvi beynəlxalq institutların böhran yaşadığı bir dövrdə kiçik və orta dövlətlərin dünya siyasətindəki rolu qarşıdakı illərdə necə dəyişəcək?

- Qeyd etdiyim kimi, beynəlxalq sistem gözlərimizin önündə dəyişir. Bu dəyişikliklərin əsas istiqamətlərindən biri institusionallığın zəifləməsidir. Artıq beynəlxalq institutların sayı azalır və ya G-20 və BRICS+ kimi daha az institusional xarakter daşıyan əməkdaşlıq formatları ortaya çıxır. Bununla yanaşı, İkinci Dünya müharibəsindən sonra formalaşmış liberal beynəlxalq sistemin əsas institutlarına, xüsusən də Birləşmiş Millətlər Təşkilatına yönələn tənqidlər də artır. Belə şəraitdə dövlətlər mərkəzi oyunçulara çevrilir, çünki onlar öz maraqlarının idarə olunmasını beynəlxalq təşkilatlara həvalə etmək istəmirlər. Nəticədə sistem getdikcə daha çox “dövlət mərkəzli” xarakter alır.

Beynəlxalq siyasətin çağırışları bütün dövlətlərdən, xüsusilə də böyük güc statusuna malik olmayanlardan fəal diplomatiya yürütməyi, oxşar problemlərlə üzləşən ölkələrlə yüksək səviyyədə koordinasiya aparmağı tələb edir. Bu, daha çox gücə sahib aktorların qaydaların və institutların azaldığı bir mühitdə öz iradələrini digər dövlətlərə diktə etməsinin qarşısını almaq baxımından həyati əhəmiyyət daşıyır.

- Sizcə Azərbaycan Şərqlə Qərb arasında olduğu kimi, həm də Avrasiya ilə Latın Amerikası arasında “körpü” rolunu oynaya bilərmi? Bu cür “yeni diplomatiya marşrutu” hansı dəyəri ifadə edərdi?

- Azərbaycan kimi ölkələr bu baxımdan son dərəcə mühüm rol oynaya bilər. Ölkənizinn iqtisadi əlaqələrinin çoxşaxəliliyi, zəngin tarixi və geosiyasi mövqeyi üzərində qurulmuş diplomatik təcrübə həmin bilik və bacarıqların Avrasiya ilə Latın Amerikası arasındakı münasibətlərə də ötürülməsini mümkün edir. Bu kontekstdə vurğulamaq istərdim ki, həm universitetlərin, həm də analitik mərkəzlərin akademik təşəbbüsləri, eləcə də mədəni layihələr xüsusi əhəmiyyət kəsb edir.

Artıq on ildən artıqdır ki, La Plata Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyət göstərir. Bu kafedra analitik materialların dərc edilməsi, tərcümələr, akademik tədbirlərin təşkili və tanışlıq səfərləri kimi fəaliyyətlər vasitəsilə qarşılıqlı əlaqələrin güclənməsinə əhəmiyyətli töhfə verib. Belə təşəbbüslər münasibətlərin davamlılığını təmin edir, əlaqələrin sosial əsasını genişləndirir və əməkdaşlığın yalnız hökumətlər səviyyəsində deyil, həm də xalqlar arasında inkişafına şərait yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri