Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Payız gələn kimi niyə tez tez xəstələnirsiniz? 5 əsas səbəb

Payız gələn kimi niyə tez tez xəstələnirsiniz? 5 əsas səbəb

Icma.az, Medicina saytına istinadən bildirir.


Payızın gəlişi ilə havaların soyuması, temperatur dəyişiklikləri və qapalı məkanlarda daha çox vaxt keçirməyimiz respirator infeksiyaların yayılması üçün əlverişli şərait yaradır. Lakin tez-tez xəstələnməyin səbəbi sadəcə hava şəraiti deyil.

Medicina.az xəbər verir ki, İnteqrativ müalicə mütəxəssisi, terapevt Gülnar Quliyeva xüsusilə mövsüm dəyişiklikləri zamanı sağlam həyat tərzinə diqqət etmək və orqanizmin normal immun fəaliyyətini dəstəkləmək üçün vacib olan 5 sadə vərdişə diqqət çəkir.

Bioloji Təbabət Klinikasının həkim-terapevti Gülnar Quliyevanın mövzu ilə bağlı ətraflı video-tövsiyələrini rəsmi İnstagram səhifəmizdən izləyə bilərsiniz.


1. Yuxusuzluq

Kifayət qədər yatmamaq və xroniki yuxusuzluq orqanizmin bərpa proseslərinə mənfi təsir göstərə bilər. Yuxu zamanı immun sisteminin fəaliyyətində mühüm proseslər baş verir. Davamlı yuxu çatışmazlığı isə orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədə bilər.

Gec yatmaq, yuxu rejiminin tez-tez dəyişməsi və keyfiyyətsiz yuxu gün ərzində yorğunluq, diqqət azalması və enerji çatışmazlığı ilə yanaşı, ümumi sağlamlığa da təsir göstərir.

Bu səbəbdən payız aylarında xüsusilə müntəzəm və kifayət qədər yuxu önəmlidir.

2. Balanssız qidalanma

Orqanizmin normal fəaliyyət göstərməsi üçün müxtəlif vitamin, mineral, zülal, sağlam yağlar və digər qida maddələri ilə balanslı qidalanmaq lazımdır.

Vitamin və mineral baxımından zəif qidalanma, tərəvəz və meyvələrin az qəbul edilməsi, həddindən artıq şəkərli və yüksək dərəcədə emal olunmuş məhsulların üstünlük təşkil etməsi sağlam qidalanma balansını poza bilər.

Xüsusilə mövsümi xəstəliklərin artdığı dövrdə rasionda tərəvəz, meyvə, zülal mənbələri, tam taxıllar və kifayət qədər mayenin olması vacibdir.


3. Stress

Uzun müddət davam edən stress yalnız psixoloji vəziyyətə yox, orqanizmin ümumi funksiyalarına da təsir göstərə bilər.

Uzunmüddətli stress zamanı yuxu pozula, qidalanma rejimi dəyişə və fiziki aktivlik azala bilər. Bütün bunlar birlikdə orqanizmin normal müdafiə mexanizmlərinə mənfi təsir göstərir.

Buna görə stressin idarə olunması, kifayət qədər istirahət, yuxu və gündəlik fiziki aktivlik sağlamlığın qorunmasının vacib hissələrindəndir.

4. Hərəkətsizlik

Müasir dövrdə uzun müddət oturaq qalmaq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Uzun müddət fiziki aktivliyin olmaması ümumi sağlamlıq üçün əlverişli deyil.

Müntəzəm fiziki aktivlik ürək-damar sisteminin, maddələr mübadiləsinin və ümumi fiziki vəziyyətin dəstəklənməsinə kömək edir. Hətta gündəlik gəzinti belə hərəkətsizliyin azaldılması baxımından faydalıdır.

Buna görə də, mümkün qədər açıq havada gəzmək və gün ərzində daha çox hərəkət etmək tövsiyə olunur.


5. Gigiyenaya və havalandırma

Payız-qış aylarında insanlar daha çox qapalı məkanlarda vaxt keçirirlər. Bu isə respirator virusların yayılmasını asanlaşdırır.

Əllərin mütəmadi və düzgün yuyulması, qapalı məkanları havalandırmaq, xəstə insanlarla yaxın təması məhdudlaşdırmaq və öskürək-asqırıq zamanı gigiyena qaydalarına əməl etmək yoluxma riskinin azaldılmasına kömək edə bilər.

Xüsusilə məktəb, bağça, ofis və digər insanların sıx olduğu məkanlarda bu qaydalara riayət etmək vacibdir.

Bu sadə, lakin faydalı vərdişləri gündəlik həyatınıza daxil etməklə mövsüm dəyişiklikləri zamanı sağlamlığınızı qoruya bilərsiniz.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 14 Sentyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri